Page 21 - "Xəzər"
P. 21
iri günlər Mirey Maksimoff məni də yanına salıb şəhərə aparırdı. Senadan
keçib, Sen-Jermen-de-Preyə gedirdik. Dostlarıyla “Nüaj”, “La Malen” kafelərində
görüşürdü. Onların arasında oturub, ağzımı açmağa cəsarət etmirdim. Yalnız qulaq
asırdım. Bəzən də evdən mənsiz çıxır, yalnıq axşam yeddiyə qayıdırdı; onda mən
bütün günümü tənha keçirirdim. Piyada Bulon meşəsinə yollanırdım. Günəş tez-tez
görünürdü. Elə xırda yağış çisəyirdi ki, əvvəlcə heç fərqinə varmırdım. Və günəş
yenə yaş torpaq qoxuyan Pre-Katelan xiyabanındakı ağacların kürən yarpaqlarını
sığallayırdı... Bir də qaranlıq düşəndə qayıdırdım. Gələcəyim barədə fikirləşəndə
mübhəm bir nigaranlıq hissi içimə dolurdu. Gələcək mənə əlçatmaz qala kimi
görünürdü, sanki hələ də lazaret monastırı ilə üz-üzə durmuşdum. Bu şəhər mənə
yeni görüşlər vəd edirdi. Bulon meşəsindən Trokaderoya aparan prospektlə
addımlayarkən başımı qaldırıb, evlərin işıqlı pəncərələrinə baxırdım. Onların hər
birində məni bir müjdə gözləyirdi, hər biri mənə bir işarə idi ki, bu həyatda hər şey
mümkündür. Yerə tökülmüş yarpaqlara və yağışa baxmayaraq, havada bir işıq
vardı. Qəribə payızdı. Başqalarına bənzəməyən və həyatımdakı bütün qalan
şeylərdən əbədilik qoparılmış payız... Mənim indi yaşadığım yerdə isə payız
ümumiyyətlə olmur. Aralıq dənizindəki kiçik liman – zaman burda mənim üçün
həmişəlik dayanıb. Günəş... Hər gün günəş... və beləcə, düz ölənə kimi. Sonrakı
illərdə Parisə nadir səfərlərimdə həmin o payızı məhz burda keçirdiyimə çətinliklə
inana bilirdim. Onda hər şey daha parlaq, daha sirli idi – küçələr, yoldan ötənlərin
gözləri, işıqlar – elə bil yuxu idi, ya da nəsə “çəkib” məst olmuşdum. Amma bəlkə
də, sadəcə olaraq, çox gənc idim və o gərginlik mənim üçün dözülməz olmuşdu.
Həmin axşam Vinez küçəsinə qayıdanda binanın girişində əynində plaş qarasaçlı
bir kişiylə üz-üzə gəldim. Onunla bir dəfə rastlaşmışdım – Cen-Jermen-de-Predə
dostlarla görüşəndə. Görünür, Mireyi evə kimi ötürürmüş. Mən zəngi basdım. Qapı
açılana qədər xeyli gözləyəsi oldum. Onun əynində tiftikli, qırmızı xalat vardı,
saçları dağınıqdı. Qonaq otağının işığı yanmırdı. Dedi ki, yatıbmış. Mənim isə
pilləkəndə kiminlə rastlaşdığımı söyləməyə cəsarətim çatmadı. Xumar baxışlarla
məni süzüb özünə tərəf çəkərək qucaqladı. Sonra bütün günü nəylə məşğul
olduğumu soruşdu və eşidəndə ki, Bulon meşəsində tək gəzib-dolanıram, çox

21
   16   17   18   19   20   21   22   23   24   25   26