Page 20 - "Xəzər"
P. 20
yləyəndə, onun soyuq münasibətindən üşüyəm. Lakin mənə eynən çimərlikdəki
təbəssümüylə yaxınlaşdı. Elə bil dünən ayrılmışdıq. Deyəsən, mənimlə
görüşdüyünə şad idi: başladı iş-gücümlə maraqlanmağa. Və mən də ona hər şeyi
danışdım: model evinə getməyimi də, həmin o yırtıcı baxışlı kişinin, Dijondan
sonra mürgü döyərkən, dünən yuxuda eşitdiyim quru sözlərini də: “Bu sizin təbii
rənginizdir? Profilinizi çevirin...”

Və elə bu məqamda onun qarşısında otura-otura hönkürüb ağladım. Əlini mənim
çiynimə qoyub dedi ki, bunlar boş şeylərdir, fikir vermə. Eynən elə on yeddi yaşı
olanda bir səhər vaxtında zəng çalmayan saatın ucbatından yatıb qalaraq,
getmədiyi bakalavr imtahanı kimi. Mənə tanışlarının mənzilində onunla bir yerdə
yaşamağı təklif etdi.

Meydandan ötdük; indi mənə elə gəlirdi ki, yol çantamın heç ağırlığı yoxdur.
Eynən Liondakı kimi yağış yağırdı, amma buranın yağışı da indi mənə çisək kimi
gəlirdi.

Ev Vinez küçəsinin axırında idi. İlk günlər Parisdə azmaqdan qorxub ünvanlarını,
telefon nömrələrini yazdığım kağızı hökmən yanımda gəzdirirdim. Açıq rəngdə
divarları olan mənzil. Qonaq otağında demək olar ki, mebel yoxdur. Mirey
Maksimoff bir divarını kitab rəfləri tutan balaca otağın qapısını açdı. Üzbəüzdə
boz məxmər üzlüklü kiçik divan dururdu. Güzgülü şkaf-zad da yoxdu. Pəncərə
həyətə açılırdı. O, mələfə gətirmək istəyirdi, amma dedim ki, hələlik ehtiyac
yoxdur. Pərdələri çəkdi. Çantamı açmadan divanın yanındakı stula tulladım. Və
demək olar, bir anın içində yuxuya getdim. Həyətdən yağışın səsini eşidirdim və
bu səs elə bil layla çalırdı. Hərdən oyanırdım, amma yuxu məni yenə çəkib
aparırdı. Yuxuda Sen-Bartelemiylə üzüaşağı enə-enə təəccüb qalırdım ki, evimizin
sağındakı lazaret monastırının divarları yoxa çıxıb. Divardan qalan yalnız zülmət
bir oyuqdur, vəssalam. Ondan sonra isə Trokadero meydanının mənzərəsi açılırdı.
Yağış yenə yağırdı, amma göy üzü çox işıqlı, solğun mavi rəndəydi.

20
   15   16   17   18   19   20   21   22   23   24   25