Page 244 - "Xəzər"
P. 244
d ı n: Bilmirəm. Deyəsən, keçmiş hərbçidi.

S a h i b: Siz çoxdan əlaqə saxlayırsınız?

Q a d ı n: Məktəbdən sonra bir dəfə də əlaqəmiz olmayıb.

S a h i b: Nəsə mənə çatmır. Sən neçə illərdi onu görməmisən. O sənə zəng də eləməyib. Birdən... gecənin
bir aləmində zühur edir… Sən də onu içəri buraxırsan?!

Q a d ı n: Belə alındı.

S a h i b: Ünvanı necə öyrənib?

Q a d ı n: Bizimlə oxuyan qızların birindən.

S a h i b: Hansından?

Q a d ı n: Sən onu tanımırsan.

S a h i b: Məni çatda müzakirəyə çıxaranlardan deyil ki?

Q a d ı n: Hardan bilirsən?

S a h i b: Nə vaxtsa gözümə sataşıb… İkicə saatın içində sənin haqqında iyirmi il bildiyimdən çox bildim.

Q a d ı n: Anan sənə deməyib ki, başqasının məktubunu oxumaq olmaz?

S a h i b: Anam mənə deyəndə internet yox idi! Sən qara kabus haqqında eşitmisən? Çox ürəyəyatımlı bir
xanımmış… Çatlarda özünə oxşayan fotoların sahiblərini tapıb, onlarla tanış olurmuş… Və öldürürmüş.
Sonra da oxşarlığından istifadə eləyib onların öz sənədləriylə mənzillərini satırmış, hesablarından
pullarını çıxarırmış…

Q a d ı n (sözünü kəsir): Niyə sən bütün bunları mənə danışırsan?

S a h i b: Ona görə deyirəm, nəhayət, sənə çatsın ki, iyirmi beş ildən sonra peyda olan sinif yoldaşın kim
desən ola bilər! Sən o rəfiqənə niyə bizim ünvanı vermisən?

Q a d ı n: Mən ünvan-zad verməmişəm. Sadəcə yazmışam, bizim damda yelqovan var. O da bu nişanəylə
gəlib evi tapıb.

S a h i b: Demək belə, heç nəyə toxunma. Gərək əl izlərini götürək.

Q a d ı n: Niyə?

S a h i b: Adam ünvanı bilmədən gəlib evi tapır. Gecənin bir aləmində peyda olur. Özü də hamını
buraxdığımız bir vaxtda! Sənə çatmır?! O, evə göz qoyub!

Q a d ı n: Niyə?

S a h i b: Qarət üçün, qətl üçün…

Q a d ı n: Kimi?

S a h i b: Bəlkə, elə məni ona sifariş ediblər? Elə günü bu gün uşaqları çağıracağam aydınlaşdırsınlar.
Bura nəsə bir partlayıcı, yaxud səsyazan qurğu da qoya bilər. O, harda dayanmışdı?

Q a d ı n: Biz burda oturmuşduq. Sonra işıq söndü, amma generator işə düşmədi. O, generatora baxmaq
üçün zirzəmiyə düşdü.

S a h i b: Bəs sonra?

Q a d ı n: Qayıdıb dedi ki, solyarka qurtarıb.

S a h i b: Qonşuların işığı yanırdı?

244
   239   240   241   242   243   244   245   246   247   248   249