Page 249 - "Xəzər"
P. 249
h i b: Üç nəfərdən bəhs edən qəribə triller… Bəlkə də üç yox, iki nəfərdən… Bəlkə o, ümumiyyətlə,
olmayıb, sadəcə, yuxu görmüsən?
Q a d ı n: Yox, olub.
S a h i b: Deyirsən olub, amma heç bir iz yoxdu. Cansız ruh! Müqəddəs Valentin. Sən onunla danışanda
səsi gəlirdi?
Q a d ı n: Əlbəttə.
S a h i b: Əgər sən Tanrıyla danışırsansa, bu duadı, yox, əgər Tanrı səninlə danışırsa, artıq şizofreniyadı.
Q a d ı n: Məni dəli yerinə qoymaq sənə ləzzət eləyir? Mən dəli-zad deyiləm. Ağlım da yerindədi. (Fikrə
gedir.) O, axı mənə çiçək gətirmişdi!
S a h i b: Nə çiçək?
Q a d ı n: Qarçiçəyi! Sənin tapa bilmədiyin qarçiçəyi. (Yataq otağına keçir, dərhal da boş güldanla
qayıdır.) Çiçəkləri hara qoymusan?
S a h i b: Mən çiçək-zad görməmişəm.
Q a d ı n: Yalan deyirsən! Sən onları tullamısan! Zanbaqlarının qisasını almaq üçün?
S a h i b: Saşa, sən yuxu görürsən? Mənim heç bir çiçəyə-filana əlim dəyməyib.
Q a d ı n: Onlar burdaydı! Sən onları tullamısan! Çünki sən adam deyilsən!
S a h i b: Mənim əlimə çiçək-zad dəyməyib. Çünki elə bir şey olmayıb. Heç o adam da olmayıb.
Q a d ı n: Olmayıb? Olmayıb… (Pauza.) Onun köynəyinin düyməsi qırılmışdı. Mən onu tikəndə iynə
əlimə batdı. Bax! (Əlini uzadır. Sahib onun əlini əlinə alıb baxır.)
S a h i b: Hanı?
Q a d ı n: Budu da!
S a h i b: Burda heç nə yoxdu.
Q a d ı n: Bir şey görünmür? İynə nazik idi… Amma mən axı barmağımın ağrısını hiss eləyirəm!
S a h i b: Hansı barmaq? Bu, yoxsa bu?
Q a d ı n: Bilmirəm…
S a h i b: Saşa, sən sayıqlayırsan.
Q a d ı n (əlini uzadır): Mən ağrı hiss edirəm!
S a h i b: Biz günü sabah… Yox, yox, günü bu gün həkimə gedəcəyik.
Q a d ı n (qışqırır): O burdaydı, burdaydı!
S a h i b: Yaxşı, qurtardıq! Gedək yataq!
Q a d ı n: Yox! Getmirəm!
S a h i b: Özün bilən məsləhətdi!

Sahib yataq otağına keçib ardınca qapını çırpır.
Qadın otaqda var-gəl eləyir, sonra çantanı götürüb onun içindən yaralı əlini sildiyi dəsmalı alır. Dəsmalı əlində tutub

baxır. Sonra cəld otaqdan çıxır. Dərhal da əynində xəz qayıdır. Dəsmalı cibinə qoyub stolun üstündəki maşın

249
   244   245   246   247   248   249   250   251   252   253