Page 241 - "Xəzər"
P. 241
d ı n: “Səni sevirəm” sözünün mənası bütün dillərdə “sev məni” deməkdi… (Qonağa yaxınlaşıb əlini
onun başına qoyur.) Qalx! (Qonaq qalxıb, onun əlini öpür.)
Q o n a q: Bir də üzr istəyirəm. Vaxtdı, gərək gedəm. Təyyarə səkkizdə uçur. Təyyarəni heç xoşlamıram,
amma nə etməli…
Q a d ı n: Klaustrofobiya?
Q o n a q: Yəqin. (Qalxıb paltosunu geyinir.)
Q a d ı n: Bəs sənin baqajın hanı?
Q o n a q: Baqaj yoxdu.
Q a d ı n: Taksi çağırım?
Q o n a q: Lazım deyil. Bir az yolla gedim, təmiz hava alım.
Yaxınlaşmadan bir-birlərinə baxırlar.
Q a d ı n: Sən yaddan çıxarma… Zəng elə…
Q o n a q: Yaxşı. Sənsə gecələr oğlan-zad sifariş eləmə. Yoxsa ağatlı bir gənc şahzadə gözlədiyin yerdə
sənə qocasını göndərirlər… səfehin birisini. (Əlcəklərini taxır.)
Q a d ı n: Bəs telefon? Nömrəni mənə ver.
Q o n a q: Mənim telefonum yoxdu.
Q a d ı n: Mobil də yoxdu?
Q o n a q: İstifadə eləmirəm.
Q a d ı n: Bəs mən səni necə tapacağam?
Q o n a q: Mən səni tapan kimi. Kompüterdə. Çatda belə yazarsan: “İt itkin düşüb”.
Q a d ı n: Sən də üzə çıxacaqsan?
Q o n a q: Əgər çağırsan.
Qadının yanağından öpür. Çıxıb gedir. Qapı çırpılır.
Qadın pəncərənin yanında dayanıb.
Onun mobil telefonuna zəng gəlir.
Q a d ı n: Alo! Yulya? Nə olub? Xeyir ola, belə tezdən? Yenə düz hesablamamısan… (Pauza.)
Hazırlaşırıq. Nə gətirək? Zümrüdlü? Yaxşı… Canım-gözüm, necəsən? Hər şey normaldı? Bəs
imtahanlar? (Pauza.) Hava soyuqdu? Bəs otağın necə? (Pauza.) Yulya, sən “normal” sözündən başqa söz
bilirsən? Mənim səninçün burnumun ucu göynəyir, sənsə mənimlə elə bil candərdi danışırsan. (Pauza.)
Yaxşı, oldu. Yaddan çıxarmaram. Düz sözümdü. Elə bu dəqiqə çantama qoyacam. Yıxıl yat. Öpürəm.
(Telefonu stolun üstünə qoyub yataq otağına keçir. Açıq mücrüylə qayıdır. İçini eşələyib orda olanları
stolun üstə tökür. Bijuteriyaların arasında seçim edib matdım-matdım ətrafına baxır. Siqnal səsi gəlir –
qısa melodiya və səs: “Sizin yeni ismarıcınız var”. Ərinin mobil telefonunu götürüb düyməni basır və
241