Page 240 - "Xəzər"
P. 240
n a q: Düz doqquzuncu sinifdən.

Qonaq yaxınlaşıb stolun yan-yörəsinə fırlanır. Qadın bir qədər də geri çəkilir. Onlar stolun ətrafında dövrə vururlar.

Q a d ı n: Amma belə şey olmayıb. Mən nəsə xatırlamıram. Valya, əl saxla! Sən məni kiminləsə səhv
salmısan. Heç nə olmayıb!
Q o n a q: Qarçiçəkləri də olmayıb?
Q a d ı n (çılğınlıqla): Olmayıb!
Q o n a q: Sən unutmusan!
Q a d ı n: Bəlkə sən eyvan məsələsində səhv edirsən?
Q o n a q: Soyun, ləçər!
Q a d ı n: Valeçka, əl saxla! Sən məgər iyirmi beş il elə bunu istəmisən?!
Q o n a q: Hə!
Q a d ı n: Demək, belə?!

Qonaq dayanır. Onlar aralarında stol bir-birlərinə baxa-baxa qalıblar.

Q o n a q (xırıltılı, qırıq-qırıq səslə): Sən mənim həyatımı məhv etdin. Evləndim, amma bir gecə də
fikrimdən çıxmadın. Bunun nə olduğunu özüm də bilmirəm – dəlilikmi, mübtəlalıqmı, ya nəsə bir
xəstəlikmi? Mən də başqalarının yuxularını görürəm. Hətta kimin yuxusu olduğunu da bilirəm. Sənin
ərinin… Bağışla məni. Mənlik deyil. Özümdən asılı deyil. Bağışla… (Diz üstə çöküb başını sanki edam
kötüyünə qoyurmuş kimi stolun üstə qoyur.) Vur boynumu, bəlkə onda yüngülləşdim.
(Qadın yerindəcə dayanıb.)
Q a d ı n: Valya, sən nəyisə çaş salmısan… Vurulmusan… Kimə? Hörüklü qıza?.. O indi hardadı?.. O
indi kimdi?.. Sən ki məni tanıyırsan… Mənmi sənin həyatını məhv etdim? Bəlkə sən mənim?.. Yoxsa
yox… Bəlkə elə mən də bu məhəbbəti arzulamışam. Amma sən etiraf etmədin… Cürətin çatmadı. Yaxın
gəlmədin. Demədin. (Pauza.)
Q o n a q: Bəlkə, biz birlikdə ola bilərik?
Q a d ı n: Kiminlə birlikdə? Özümüzdən uydurduqlarımızla?
Q o n a q: Mənimlə gəl…
Q a d ı n: Niyə?
Q o n a q: Özün deyirsən ki, bu evdə heç nə dəyişməyəcək! Amma başqa bir ev də var. Sən ora lazımsan.
Q a d ı n: Valya, mən bu hərəkəti eləyə bilmərəm.
Q o n a q: Sən ərini sevirsən?
Q a d ı n: Bilmirəm… Saşa adlı bir it itkin düşüb.
Q o n a q: Mən səni sevirəm. Sən mənə inanırsan?

240
   235   236   237   238   239   240   241   242   243   244   245