Page 246 - "Xəzər"
P. 246
h i b: Ala! Dəli…

Telefonu ona uzadır və dönüb siqaret yandırır. Qadın nömrəni yığıb qulaq asır.

S a h i b (dönür): Hə, nə oldu?
Q a d ı n: Cavab vermir.
S a h i b: Rahatladın?
Q a d ı n: Heç nə olmaz, sabah zəng eləyərəm. Rahatlamağım üçünsə həmin yol polislərinin yanına
getməliyik.
S a h i b: Bircə bu çatmırdı! Onlar yəqin növbəni dəyişiblər.
Q a d ı n: Yalan həmişə sənin dilindədi! Növbəni altıda yox, səkkizdə dəyişirlər.
S a h i b: Sən hamı haqqında hər şeyi bilirsən! Mən sənin yazışmalarını oxuyanda hiddətlənirsən, amma
özün mənim telefonumun içində eşələnirsən. Yeri gəlmişkən, başqalarının SMS-lərini oxumağı da sənə
anan öyrədib?
Q a d ı n: Sən bütün gecəni itib-batmısan! Elə bu vaxt sənin telefonuna ismarıc gəlir. Mən onu necə
oxumaya bilərdim? Çatdasa mən qadınlarla yazışıram! Kişilərlə yox, qadınlarla.
S a h i b: Hardan bilirsən, bəlkə elə o SMS-i də mənə kişi göndərib.
Q a d ı n: Kişi sənə “canım” deyir?
S a h i b: Niyə axı mənə? Nömrəni səhv salıb. Yeri gəlmişkən, belə “canım”ların sayı bizdə iyirmi faizdi.
Onlar da bu bayramı qeyd edirlər. Əşi, özləri bilər… Yaxşısı budu, de görüm, sən penyuarda olan şəklini
sinif qızları üçün asırsan? Sənə beş plyus qiymət verən onlardı?
Q a d ı n: Təsəvvür eləyirsən!
S a h i b: Sizin o “odnoqlasniklərin” yarısı psixdi, elə sənin özün kimi.
Q a d ı n: Səninsə yanağından yağ damır.
S a h i b: Yanaqdan yağ dammaq qorxulu bir şey deyil. Acından şişmək pis şeydi.
Q a d ı n: Rədd ol görüm.

Sahib kresloya əyləşir. Elə bu vaxt musiqi mərkəzi işə düşür və Co Dassenin “A toi. A la façon que tu as d’etre
belle…” mahnısının səsi gəlir. Sahib qalxıb üstünə oturduğu pultu altından çıxarıb yerə atır. Musiqi səsi kəsilir.

Qadın mücrünü götürüb yataq otağına keçərkən telefonu zəng çalır. Sahib telefonu qamarlayır.

S a h i b: Alo! Alo! Aleksandranı? Kimdi soruşan? Nə? Nə klub? (Pauza.) Artıq gələ bilərsiz? Yox, daha
lazım deyil. Gərək vaxtında… (Telefonu yerə tullayır. Qadın yataq otağından qayıdıb gəlir.) Sənə zəng
eləmişdilər. Sıfır ikidən.
Q a d ı n: Polisdən?
S a h i b: Nə polis? Nədi, məni axmaq yerinə qoymusan? Gecə klubundan. Oğlanlar boşalıblar. Göndərə
bilərlər. Sənə neçəsi lazımdı – biri, ikisi?

246
   241   242   243   244   245   246   247   248   249   250   251