Page 245 - "Xəzər"
P. 245
d ı n: Hə.

S a h i b: Hər şey aydındı. Demək, onun cani yoldaşı bilərəkdən cərəyanı kəsib ki, o, qaranlıqda evi rahat
gəzə bilsin. Demək, qonaq otağı, dəhliz, zirzəmi… Başqa harda olub?

Q a d ı n: Qapıları səhv salıb yataq otağına da keçdi.

S a h i b: Yataq otağına… Qaranlıqda. Bəs ağlına gəlmədi ki, stolun üstə nəyin var? Qutu… Onun da
içində beş karatlıq brilyant sırğalar, zümrüd üzük, boyunbağı… Nə qədər istəyirsən götür… (Qışqırır.)
Ağlına gəlmədi?! (Qadın əlləriylə üzünü tutur.) Yaxşı, qurtardıq! Sakitləş! Ağlama! Qır-qızıl seyfdədi.
Hamını evə buraxanda gizlətdim. Hər ehtimala qarşı.

Q a d ı n: Niyə indi deyirsən?

S a h i b: Sənə çatsın ki, evə kim gəldi buraxmaq olmaz! (Yataq otağına keçir. Qadın çantasından dəsmal
və güzgü çıxarıb gözlərini silir. Sahib əlində su dərmanı qayıdıb gəlir.) Al, iç. Mən zirzəmiyə düşüb
generatora baxım. Seyfi də yoxlayaram. (Çıxır. Qadın stəkana su tökür və üstünə dərman damcıladıb içir.
Sahib qayıdıb gəlir.) Hə, solyarka yoxdu. Bəlkə qurtarıb. Bəlkə də boşaldıblar… Yeri gəlmişkən, yorğan-
döşək niyə açıqdı? (Başıyla yataq otağına işarə edir.)

Q a d ı n: Mən yorğan-döşəyi səndən bir dəqiqə əvvəl açdım.

S a h i b: Tək? Yoxsa o da kömək elədi?

Q a d ı n: Nə vaxtdan bu səni maraqlandırmağa başlayıb?

S a h i b: Sənin başın havalanandan! Bu nədi? (Jurnal stolunun üstündən bir neçə şəkilli jurnal götürüb
Saşanın gözünün qabağında fırladır.) Qadın məsləhətxanası? Oxuyub alim oldun? (Onu təqlid edir.) “Gəl
maşının içində… Gəl samanlıqda… De görüm, nə hiss eləyirsən… Gəl görüm… Elə hiss elə ki, indicə
tanış olmuşuq”… (Öz səsiylə davam edir.) Hə, sonra nə olsun? Şallaq alaq? Üçüncünü axtaraq?

Q a d ı n: Kəs səsini!

S a h i b: Axı sən özün belə şeylərə gülürdün… Amma indi? Elə bil zəncirdən qırılmısan…

Q a d ı n (qışqırır): Hə! Qırılmışam! Sən mənə qadın olmağımı unutdurmusan! Bu gün sənə vergi gəlib,
sabah stress gələcək, birigün də məhkəmə… İndi də, üstəlik, iqtisadi böhran!

S a h i b: Böhran da mənlikdi?

Q a d ı n: Bizim münasibətlərdəki böhran.

S a h i b: Mən iş-güc adamıyam! Və mən…

Q a d ı n: Yalan danışma. Bu problemləri özündən uydurursan ki, sənə toxunmayım. Sən də elə öz
dostların kimisən. Sizlər üçün qırx yaşlı qadın köhnə çarpayı kimi bir şeydi. Tullamaya bilərsən, amma
gərək başqasında yatasan.

S a h i b: Hansı başqasında?

Q a d ı n: Elə bilirsən heç nədən xəbərim yoxdu? (Ərinə onun öz telefonunu uzadır.) Al! Oxu! Yeni
ismarıc. (Yad qadın səsini təqlid edir.) “Canım mənim, ümidvaram ki, evə macərasız çatdın. Bu
möhtəşəm gecəyə görə təşəkkürlər”.

S a h i b (ismarıcı oxuyur): Hansı axmağın birisə nömrəni səhv salıb.

Q a d ı n: Mən bu axmağa zəng etsəm necə? Telefonu ver.

S a h i b: Sən dəli olmusan!

Q a d ı n (qışqırır): Telefonu ver!

245
   240   241   242   243   244   245   246   247   248   249   250