Page 248 - "Xəzər"
P. 248
h i b: Təyyarəni xoşlamır?.. Maraqlıdı.
Q a d ı n: Klaustrofobiya.
S a h i b: Demək, telefonu yoxdu, hələ üstəlik uçmaqdan da…
Q a d ı n: Burda nə var ki?
S a h i b: Təyyarədə uçan adam da ardınca iz buraxır. Özü də göydə yox, yerdə. Kompüterdə… Sənin
sinif yoldaşınsa iz buraxmağı xoşlamır… Qapalı məkandan qorxur. O, türmədən qorxur! Rəfiqənə zəng
elə, onu bura yollayan rəfiqənə.
Q a d ı n: Hələ tezdəndi.
S a h i b: Saşa, hər şey çox ciddidi. Elə indi zəng elə. Ya da mən zəng eləyim.
Q a d ı n: Yaxşısı budu, özüm.
S a h i b: Soruş gör, ona yelqovanlı ev barədə bir söz deyibmi? Əgər deməyibsə… Demək, sənin
yazışmalarını tək mən oxumuram… Onun barəsində hər şeyi öyrən… Harda yaşayır, nə işlə məşğuldu.

Qadın telefonu götürüb nömrəni yığır.

Q a d ı n: Alo. Sveta, sabahın xeyir. Bağışla ki, belə tezdən narahat eləyirəm. Saşadı. Mənə təcili bir
şeyi… Səninlə yazışdığımızı Qoretskiyə demişdinmi? (Pauza.) Qoretskiyə. Valya. Bizimlə paralel sinifdə
oxuyan. (Uzun pauza.) Dayan, sən nəyisə qarışdırırsan… (Pauza.) Nə vaxt? Yox, bu ola bilməz! Necə?..
(Uzun pauza.) Bağışla. (Telefonu qapayır.)
S a h i b: Nədi?
Q a d ı n: Boş-boş danışır.

Qadın badəni əlinə alıb bir-iki qurtum içir.

S a h i b: Nə dedi? (Qışqırır.) O nə dedi?!
Q a d ı n: Ola bilməz!
S a h i b: Nə ola bilməz?
Q a d ı n: O, minaya düşüb həlak olub.
S a h i b: Necə?
Q a d ı n: Osetiyada, inişil. (Pauza.) Yox, onu kiminləsə səhv salır.
S a h i b: Bəlkə o yox, sən səhv salırsan? Sən axı onu iyirmi ildən çoxdu görmürsən! Elə görən kimi
tanıdın?
Q a d ı n: Görən kimi yox.
S a h i b: Bəlkə o deyildi?! Sadəcə, ona oxşayan birisi özünü onun kimi təqdim edib.
Q a d ı n: Özü idi. Mən səhv eləmirəm.
S a h i b: Əminsən?
Q a d ı n (boğula-boğula çığırır): Bilirəm, o özüydü! Yadımdadı. Hər şey, hər şey yadımdadı! (Pauza.)

248
   243   244   245   246   247   248   249   250   251   252   253