Page 242 - "Xəzər"
P. 242
ra telefonu stolun üstünə atır.) Elə belə də bilirdim… (Təzədən yataq otağına keçir. Giriş qapısı
çırpılır. Sahib qonaq otağına daxil olur. Qadın yataq otağından çıxıb gəlir.) Səndə vicdan var?
S a h i b: Var.
Q a d ı n: Bəs onda niyə ondan istifadə eləmirsən? Hardaydın?!
S a h i b: Bəs sən niyə yatmamısan?
Q a d ı n: Yatmamışam? Az qala polisə zəng eləyəcəkdim… Nə edəcəyimi bilmirdim!
S a h i b: Bağışla. Belə alındı.
Q a d ı n: Necə alındı? Sən hardaydın?
S a h i b: Qarçiçəyi axtarırdım.
Q a d ı n: Çox gülməlidi.
S a h i b: Çoxdan da çox! O çiçək satan xalalar hara qeyb oldu? Para var, xala yoxdu, qarçiçəyi də…
Sonra paqonlular məni saxladılar.
Q a d ı n: Nə olsun?
S a h i b: Necə nə olsun?.. İçmisən, ayıqsan, trubkaya üfür, nə bilim, nə elə… Onlarda bu gün “Yol
patrulu” fason nəsə bir tədbir təşkil olunmuşdu. Pul götürmürdülər. İnadkarlıq edirdilər: “İçmisiz! 14
fevralda bizdə qəza üzrə rekord göstərici əldə olunub… Açarları verin, özünüz də gedin yatın”. Belə
deyirdilər. İstəyirdilər maşını cərimə meydançasına aparsınlar. Birtəhər yola gətirmişəm… Sənə zəng
eləmək istədim, amma telefon yox idi.
Q a d ı n: Yol polisində də? Pul versəydin, telefonlarını verməzdilər?
S a h i b: Bəlkə də verərdilər. Amma hay-küy bitəndən sonra fikirləşdim ki, yəqin yatmış olarsan. Maşına
oturdum ki, bir saat mürgüləyim. Gözümü açanda bir də görürəm, saat beşdi.
Q a d ı n: Mən az qala dəli olacaqdım.
S a h i b: Niyə yıxılıb yatmamısan?
Q a d ı n: Yuxum gəlmirdi.
S a h i b: Gərək dərman içəydin.
Q a d ı n: Dünən yuxu dərmanı tapa bilmədim. Sən götürməmisən?
S a h i b: Nəyimə lazımdı? Mən daş kimi yatıram. Vicdanım təmizdi.
Q a d ı n: Bu sözləri vergi müfəttişinə deyərsən.
Sahib içilməyən şərab badəsinə baxır. Götürüb Qadına uzadır.
S a h i b: İç, rahatlan.
Q a d ı n: Rahatlan?! (Badəni götürüb bir-iki qurtum içir. Sonra ona baxır.) Əlinə nə olub? (Sahib qırmızı
nəyəsə bulaşmış ovcuna baxır.) İqor! Bu nədi? Qandı?!
S a h i b: Lənət şeytana! Fikir verməmişəm… Meşənin ortasıyla gedəndə, bir də görürəm, tülkü düz gəlib
təkərin altına girdi. Dayandım. Fikirləşdim ki, baqaja atım, yaxşı şapkası olar. Qaldıranda görürəm it
imiş…
242