Page 247 - "Xəzər"
P. 247
d ı n: Hər şeyi sənə izah eləyərəm…
S a h ı b (qışqırır): Nəyi izah eləyəcəksən? Sən nə işlə məşğulsan? Odnoklassniklər, odnoqlazniklər,
oğlan sifarişləri… Mən pul qazanıram ki, sən onu uşaq-muşağın alt tumanına dürtəsən? (Qadın pəncərəyə
yaxınlaşıb küçəyə baxır. Sahib əsəbi halda qonaq otağında var-gəl edir.) Yaxşı, gəl sakitləşək… Sənin
qonağın nə vaxt getdi?
Q a d ı n (ona sarı dönmədən): İndilərdə.
S a h i b: Nədi, məgər bütün gecəni burda olub? Nə işlə məşğul idiniz?
Q a d ı n: Söhbət eləyirdik.
S a h i b: Altı saat nədən danışmaq olar?
Q a d ı n (ona sarı dönmədən): Hər şeydən…
S a h i b: O, nəylə getdi? Sən taksi çağırdın?
Q a d ı n: Yox. Dedi yola çıxıb özü maşın tutacaq.
S a h i b: Sən də inandın? Maraqlıdı, səhər altıda yoldan keçən birisini kim götürər? Sən götürərdin?
Q a d ı n: Mən heç günün günorta çağı da götürməzdim.
S a h i b: Əgər o, yolla gedibsə, niyə mənim qabağıma çıxmayıb? Yəqin onu oğru yoldaşı maşında
gözləyirmiş. İşığı da elə o keçiribmiş.
Q a d ı n: Nə oğru? Brilyantlar axı burdadı. O, heç nə götürməyib.
S a h i b: Mən gizlətmişdim deyə götürə bilməyib… Qulluqçuyla sabah danışaram… Bəlkə elə o təşkil
eləyib. Belə… Burda heç nəyə əl vurma, indi uşaqlar gəlib əl izlərini götürərlər. O, hansı stəkandan içib?
Q a d ı n: O, heç nə içməyib.
S a h i b: Bəs qəhvə?
Q a d ı n: O, heç nə içməyib və heç nə yeməyib.
S a h i b: Amma əli nəyəsə dəyib də?
Q a d ı n: İşıq sönəndə mən pərdəyə toxundum. Karniz yerə gəldi. O da onu yerinə taxdı.
S a h i b: Yaxşı. Karnizdəki əl izlərini götürərlər.
Q a d ı n (yadına salaraq): Götürə bilməyəcəklər… Ora tozluydu. O, həmin tozu əskiylə sildi.
S a h i b: Özü sildi? Aydındı. Səndə onun telefon nömrəsi var?
Q a d ı n: Onun telefonu yox idi.
S a h i b: Nə?
Q a d ı n: Dedi ki, telefonum yoxdu.
S a h i b: Yəqin sənə nömrəsini vermək istəməyib. Ya da ən pisi odur ki…
Q a d ı n: Nə “ən pisi”?
S a h i b: Bilirsənmi, bu gün mobil telefondan kimlər istifadə etmir? Adının qeydiyyata düşməsini
istəməyənlər. Çünki telefon inəyin boynunda olan zınqırov kimi bir şeydi. Sənin harda olduğunu tam
dəqiqliyi ilə müəyyənləşdirir. Hətta kartını dəyişsən belə. Yaxşı… O, hara getdi?
Q a d ı n: Aeroporta. Dedi ki, təyyarəni xoşlamır, amma başqa cür gecikəcək…
247