Page 239 - "Xəzər"
P. 239
d ı n: Sonra?

Q o n a q: Buraxılış gecəsində qıza yaxınlaşdı. Demək istəyirdi: “Gəl əl-ələ verib yaşayaq!” Amma bu
sözü demək ikinci mərtəbədən tullanmaq qədər dəhşətli bir iş idi… Və dilindən bu sözlər çıxdı: “Gəl əl-
ələ və ayaq-ayağa verək”.

Q a d ı n: Gülməlidi.

Q o n a q: Hə, o qız da gülüb dedi: “Hələ mənə ayağını təklif eləyən olmamışdı!” Və oğlanlardan biriylə
rəqs eləməyə getdi.

Q a d ı n: Bəs o?

Q o n a q: Məzunların mərasimini tərk etdi. Sonra bu şəhərdən baş götürüb getdi. Başqa bir şəhərdə peyda
oldu. Orda rastına bir qız çıxdı. O qızı dostlarıyla birlikdə getdiyi kinoteatrda gördü. Qıza yaxınlaşmaq
istəyəndə qulağına həmin o məzun gecəsindəki gülüş səsi gəldi… Cürət etmədi. Sonra öyrəndi ki, qoyub
gəldiyi qız ərə gedib.

Q a d ı n: Professor oğluna?

Q o n a q: Ondan da bərk gedənə. Kooperatora… Oğlan da evləndi. Bir gün o qıza məktub yazdı, amma
məktubu geri qayıtdı. Ünvan səhv imiş. O, bu məktubu saxladı və ünvanın səhv olduğu barədə qeydi
dönə-dönə oxudu.

Q a d ı n: Bəs sonra?

Q o n a q: Sonra həyat başlandı. Hərənin öz həyatı. Bircə fərqlə ki, o qız onu qəti xatırlamırdı, o isə qızı
bir an belə unuda bilmirdi.

Q a d ı n: Vəssalam?

Q o n a q: Hələlik, hə…

Q a d ı n: Əlbəttə ki, gözəl süjetdi. Oğlan bir qızı sevirdi… Amma sonluq yoxdu. Parlaq final tələb
olunur. Yoxsa ki, yaşayıblar da, özləri üçün… (Mobil telefon zəng çalır. Qadın ərinin telefonunu
götürür.) Alo! Alo, eşidirəm! Əlaqə kəsildi… (Düyməni basır.) Nömrə təyin olunmayıb… Bəlkə zəng
eləyən özü idi? (Mobil telefonunu stolun üstünə qoyur. Qonaq sakitcə onu müşahidə edir.) Bağışla. Hə,
oğlanın axırı necə oldu?

Q o n a q: Soyun.

Q a d ı n: Nə?!

Qonağın səsi dəyişib kobudlaşır və aqressivləşir.

Q o n a q: Deyirəm ki, s-soyun.

Qadın qalxıb stola tərəf çəkilir. Qonaq da qalxır.

Q a d ı n: Niyə?
Q o n a q: Parlaq final üçün. Oğlan o qızı düz iyirmi beş il sevmişdi. İndi isə onu zorlayacaq.
Q a d ı n: Valya, dəli olmusan, nədi?!

239
   234   235   236   237   238   239   240   241   242   243   244