Page 237 - "Xəzər"
P. 237
d ı n: Mən ad günlərini xoşlayıram. Amma heç bir tost, restoran lazım deyil… Ötən il Bostona,
qızımın yanına uçmuşdum. Şəhərdə gəzən yerdə birdən yolayrıcının üstündəki şalbanda gözümə elan
sataşdı: “Lost dog. Name is Sasha. Phone number…” Saşa adlı bir it itib.
Q o n a q: Saşa?
Q a d ı n: Adaşım. Yazığım gəldi… Sonra bir şeir yazdım…
Q o n a q: İt haqqında.
Q a d ı n: Həm də onun haqqında.
Q o n a q: Oxu.
Q a d ı n: İntonasiya ilə?
Q o n a q: Ciddi sözümdü, oxu.
Q a d ı n:
“Saşa adlı bir it itkin düşmüşdü,
Qoy tapan yedirib, canın isitsin.
Ona səhər-səhər bir sümük versin.
Ət nəyə gərəkdi, halı pisləşər,
Quru havalarda sənlə gəzişər.
Nə lazım boynunda o xalta-filan,
Tezdən su içizdir, sərin, həm kalan.
Qabındakı suyu sonacan içsin,
Qoy nə zingildəsin, nə də ki hürsün.
Yiyəsiz qalanda mısmırıq sallar,
Hürmək istəyəndə nəsə xatırlar.
Pis günü qoy onun bax belə olsun,
Öz it həyatından tez cana doysun.
Mərhəmət, xəyanət… boşuna verin,
Gəlin bircə ona yalan deməyin,
Əgər demisizsə, üzün görməyin.
“Saşa adlı bir it itkin düşmüşdü,
Qoy tapan yedirib, canın isitsin…”
İmzanı yağış yudu.
Qalan yalnız “Sizin əziziniz” oldu.
O söz də dəftərdə qaldı-qaldı...
Saraldı soldu”.
237
qızımın yanına uçmuşdum. Şəhərdə gəzən yerdə birdən yolayrıcının üstündəki şalbanda gözümə elan
sataşdı: “Lost dog. Name is Sasha. Phone number…” Saşa adlı bir it itib.
Q o n a q: Saşa?
Q a d ı n: Adaşım. Yazığım gəldi… Sonra bir şeir yazdım…
Q o n a q: İt haqqında.
Q a d ı n: Həm də onun haqqında.
Q o n a q: Oxu.
Q a d ı n: İntonasiya ilə?
Q o n a q: Ciddi sözümdü, oxu.
Q a d ı n:
“Saşa adlı bir it itkin düşmüşdü,
Qoy tapan yedirib, canın isitsin.
Ona səhər-səhər bir sümük versin.
Ət nəyə gərəkdi, halı pisləşər,
Quru havalarda sənlə gəzişər.
Nə lazım boynunda o xalta-filan,
Tezdən su içizdir, sərin, həm kalan.
Qabındakı suyu sonacan içsin,
Qoy nə zingildəsin, nə də ki hürsün.
Yiyəsiz qalanda mısmırıq sallar,
Hürmək istəyəndə nəsə xatırlar.
Pis günü qoy onun bax belə olsun,
Öz it həyatından tez cana doysun.
Mərhəmət, xəyanət… boşuna verin,
Gəlin bircə ona yalan deməyin,
Əgər demisizsə, üzün görməyin.
“Saşa adlı bir it itkin düşmüşdü,
Qoy tapan yedirib, canın isitsin…”
İmzanı yağış yudu.
Qalan yalnız “Sizin əziziniz” oldu.
O söz də dəftərdə qaldı-qaldı...
Saraldı soldu”.
237