Page 238 - "Xəzər"
P. 238
n a q: Kədərli şeirdi… başqa bir şey də oxu.
Q a d ı n: Yaxşı görək… Köhnələri istəmirəm, təzəsini də yazmamışam.
Q o n a q: Niyə?
Q a d ı n: Qafiyələr qarışır…
Q o n a q: Özünü nəsrdə necə, sınamamısan?
Q a d ı n: Nə barədə?
Q o n a q: Özün barədə.
Q a d ı n: Kədərli əhvalat alınacaq.
Q o n a q: Niyə ki?
Q a d ı n: Şahzadə qız yatır və bu, hamıya sərf edir. Qulluqçular toz alır, bağban budaqları kəsir, şahzadə
oğlan öz işiylə məşğuldu. Yelqovan cırıldamır. Şahzadə xanımın yuxusuna təhlükə yoxdu.

Qadın pəncərəyə yaxınlaşır. Qonağa sarı dönmədən danışır.

Q a d ı n: Nəsə axır vaxtlar mənim gözümdə… hər şey həm olduğu kimidi… həm də deyil. Elə bil mən
varam, amma varlığım heç lazım da deyil… Mən olmasam, heç nə dəyişməyəcək. Yulya burda olanda
bilirdim ki, ona lazımam, çox şey mənlikdi. İndi isə… (Dönüb mənalı-mənalı gülür.) Demək, nağıl o
qədər də şən alınmır.

Q o n a q: Roman yaz.

Q a d ı n: Süjet yoxdu.

Q o n a q: Deyim?

Q a d ı n: De görüm.

Q o n a q: Təsəvvür elə… Bir oğlan vardı. Qorxaq-filan deyildi. Ən hündür ağaclara dırmaşırdı, pis
uşaqlarla dalaşırdı. Amma bəyəndiyi qıza yaxınlaşmağa cürət eləmirdi. Qız gözəl idi, gözəllər gözəli.
Birinci sinifdən çantasını oğlanlar daşıyırdı. Böyüyüb onun üstündə dalaşmağa başladılar… Qız onlardan
biriylə dostluq edirdi. Hündür, yaraşıqlı bir oğlan idi. Ziyalı ailədən idi. Səliqəli geyinirdi. Bizim o
oğlansa yamaqlı şalvarda gəzirdi, əynində babasının sviteri idi. Amma baharın ilk günlərindən birində
özündə cürət tapıb qızgilin üçüncü mərtəbədəki eyvanına dırmaşdı və ora bir dəstə qarçiçəyi qoydu.
Səhəri gün bütün məktəb professor oğlunun qəhrəmanlığından danışırdı. Yəqin qız ona təşəkkür etmişdi.
O da müdrikanə şəkildə susmuşdu. Və qız məktəbin həyətində indiyəcən heç kimə göstərmədiyi bir
təbəssümlə ona baxmışdı. Bizim oğlan da sinfin pəncərəsindən hər şeyi görmüşdü.

Q a d ı n: Sonra?

Q o n a q: Sonra? Pəncərəni açmaq istədi. Açılmadı… Qış üçün yapışdırılan kağızdan pəncərə kip
bağlanmışdı. Bərkdən dartıb açdı. Pəncərəyə qalxıb yerə atıldı. Fikrindən keçdi ki, onlara yaxınlaşıb
desin: “Hündürdən qorxmayan o yox, mənəm!” Amma yaxınlaşmadı.

Q a d ı n: Niyə?

Q o n a q: Ayağı sınmışdı.

Q a d ı n: Bəs o qız?

Q o n a q: Pəncərə açılanacan artıq dönüb getmişdi. Yəqin kimsə çağırmışdı.

238
   233   234   235   236   237   238   239   240   241   242   243