Page 236 - "Xəzər"
P. 236
d ı n: Alo! Gecəniz xeyir… Yoldaş növbətçi, mənim ərim yoxa çıxıb. Bu gün. Daha doğrusu, dünən
axşam. (Pauza.) Üç gündən… Əgər… (Telefonu qapadır.) Deyir, itkin düşənlər barədə ərizələr üç gündən
sonra qəbul olunur. 14 fevralda itən ərlər isə özləri tapılır… Gəl ümidimizi itirməyək.
Q o n a q: Narahat olmayın. O axı telefonsuzdu. Yəqin elə bir yerdədi ki, zəng eləyə bilmir. Bəlkə də yol
polisləri saxlayıblar. İçmişdi?
Q a d ı n: Azca.
Q o n a q: Bu gün axı bayramdı! Polislərə də bayramdı. (Karnizi bərkidib.) Deyəsən, düzəldi. Zəhmət
olmasa, əskini ver. Burda toz var.
Q a d ı n: Aşağı düş. Qulluqçu silər.
Q o n a q: Mən onsuz da burdayam.

Qadın əskini ona verir. Qonaq karnizi silib nərdivandan düşür.

Q a d ı n: Təşəkkür edirəm.
Q o n a q: Dəyməz.
Q a d ı n: Üzr istəyirəm, polisə qədər biz nədən danışırdıq?
Q o n a q: Yuxulardan.
Q a d ı n: Hə… Mən başqalarının yuxularını görürəm.
Q a d ı n: Məsələn?
Q o n a q: Guya mən ev qulluqçusuyam. Bəs evi yığışdıra-yığışdıra qorxu canımı alıb ki, bu saat güldanı
sındıracam. Böyük, içi dolu güldanı. Yığışdırıb, otağa qayıdanda görürəm ki, güldan yoxdu, döşəmənin
üstü də onun sınıqlarıyla doludu.
Q o n a q: Bu, yaxşı əlamətdi.
Q a d ı n: Kim üçün? Ev sahibləri üçün?
Q o n a q: Qabın sınmağı yaxşı əlamətdi.
Q a d ı n: Oyaq vaxtı. Bəs yuxuda?
Q o n a q: Yuxuda lap əla.

Pauza.

Q a d ı n: Sən yubileyini qeyd etdin?
Q o n a q: Hansı yubileyi?
Q a d ı n: Qırx yaşını.
Q o n a q: Olmaz. Yaxşı əlamət deyil.

236
   231   232   233   234   235   236   237   238   239   240   241