Page 19 - "Xəzər"
P. 19
– Mirey Maksimoffla danışa bilərəmmi?
Bunu elə yavaş soruşdum ki, orda, Parisdə yəqin zorla eşitdilər məni. Mirey evdə
deyildi, bir az sonra, axşamüstü qayıdacaqdı.
Ertəsi gün Perraş vağzalında gecə qatarına mindim. Kupedə zülmət vardı.
Küncdəki skamyalarda pozuq kölgələr mürgüləyirdi. Mən lap qapının ağzında
əyləşdim. Qatar yerindən tərpənmək bilmir, özümə sual edirdim ki, görən,
qoyacaqlar gedim? İçimdə elə bir hiss vardı, guya kimdənsə, nədənsə qaçırdım.
Nəhayət, vaqon dartındı, pəncərə önündən Son çayı üzüb keçdi, gözdən itdi və bir
az yüngülləşdim, elə bil ürəyimdən asılan ağır daşı çıxarıb atmışdım. Düşünmürəm
ki, həmin gecə yata biləm, yəqin, sadəcə, mürgülədim bir az və qatar birdən
Dijonun bomboş perronunda dayandı. Gecə işığının mavi nurunda oturub Mirey
Maksimoff barədə fikirləşirdim. Orda, Torremolinos çimərliyində bütün
günlərimiz günəşdən öz payını alırdı. O danışırdı ki, mən yaşda olanda, Landdakı
kiçik bir şəhərcikdə yaşayırmış – adını demişdi, unutmuşam. Bakalavr olmaq üçün
imtahan ərəfəsində gecə çox gec girmişdi yerinə, səhər də zəngli saatın səsi
nədənsə çıxmamışdı. İmtahana getmək əvəzinə düz günortaya kimi yatıb qalmışdı.
Sonra da özünün gələcək əriylə – Eddi Maksimoffla tanış olmuşdu. Əslən rus olan
ucaboy, qəşəng kişiymiş, ona Konsul adı qoyubmuşlar və romu “Koka-kola” ilə
içmək kimi bir adəti varmış. O elə mənə də bu qarışığı operitiv adıyla süzməyə can
atırdı, mən isə hər dəfə deyirdim ki, təmiz kolaya üstünlük verirəm. Fransızca tam
ləhcəsiz danışırdı. O zamanadək Parisdə yaşamışdılar və mən hər dəfə unudurdum
ki, Mirey Maksimoffdan soruşum: necə olub ki, onların hər ikisi gəlib İspaniyaya
çıxıblar?
Çox tez çatdım. Lion vağzalı hələ qaranlıq idi. Amma Paris həyatımın ilk
günlərində mənə elə gəlirdi ki, buralar həmişə qaranlıq olur. Yanımda yalnız yol
çantam vardı, o da heç ağır deyildi. Həmin səhər mən Trokadero meydanındakı
kafedə artıq Mirey Maksimoffla birgə oturmuşdum. Vağzal bufetində saat onadək
gözlədim ki, ona zəng vura bilim. Mənim hardan danışdığımı o dəqiqə başa
düşmədi. Kafeyə əvvəl mən çatdım. Qorxurdum ki, yaşamağa yerim olmadığını
19