Page 228 - "Xəzər"
P. 228
ın dalın-dalın qapı tərəfə gedə-gedə mobil telefonla nömrə yığır. Qonaq cəld ayağa qalxır.) Yaxın
gəlmə!
Q o n a q: Siz də heç hara zəng etməyin. (Hər ikisi donub qalır.)
Q a d ı n: Sən kimsən?
Q o n a q: Biz artıq tanış olmuşuq.
Q a d ı n: Sən kimsən və burda nə eləyirsən?
Q o n a q (aramla): Mən?.. Sizə axı necə deyim… Killer… Bəlkə manyak… Bəlkə oğru… Bəlkə də sizin
gizli pərəstişkarınız … (Uzun pauza.)
Q o n a q: Hə, hansıdı? Dosta zəng? Əlli əlliyə?
Q a d ı n (qırıq səslə): Əlli əlliyə nə?
Q o n a q (teleşounun aparıcısının intonasiyası ilə): Beləliklə, əlli əlliyə! Qalan variantlar: manyak,
muzdlu qatil, yoxsa sizin gizli pərəstişkarınız. Seçin. (Qadın mobil telefona baxır.Qonaq hədələyici
tonla.) Dosta zəng artıq olub. Siz bundan istifadə etmisiniz.
Q a d ı n (səsi əsə-əsə): Bəlkə birtəhər razılaşdıq?
Q o n a q: Bəlkə də. Oturun. (Divanı göstərir.) Məsələni çözək.
Qadın divan tərəfə yox, stol tərəfə gəlir və bıçaq götürür. Qonaq qalxıb ona yaxınlaşır.
Q a d ı n: Yaxın gəlmə!
Qadın bıçağı əlində tutub mobil telefonun nömrələrini yığır.
Q o n a q: Saşa, sakit ol, mən zarafat elədim! (Qadın telefonu qulağına tutub cavab gözləyir, amma elə bu
an yaxınlıqda mobil telefonun azaldılmış səsi eşidilir. Qadın səsin hardan gəldiyini anlamaq üçün ora-
bura boylanır.) Oldu, oldu… Zarafatım yaxşı alınmadı. (Qadına tərəf bir addım atır. Qadın yenə əlindəki
bıçağı ona tərəf tuşlayır.) Saşa, sən məni tanımadın? Mən Qoretskiyəm. Valya. Səninlə paralel sinifdə
oxumuşuq. (Qadın susur.) Unutmusan…
Q a d ı n: Valya?
Q o n a q: Nə oldu? Yadına düşdü?
Q a d ı n (çaşqın vəziyyətdə): Bəs sən… (Ona qarşı inamsızlıqla.) Sən məni necə tapdın?
Q o n a q: Rodionova vasitəsilə. Siz axı onunla yazışırsınız?
Q a d ı n: Hə. Amma mən ona ünvan verməmişəm.
Q o n a q: Amma Meşəkənarında bağının olduğunu demisən. Demisən ki, qülləli, yelqovanlı bir evdə
yaşayırsan… Demisən?
Q a d ı n: Deyəsən…
Q o n a q: Gördün. Mən də keçəndə gördüm, burda yelqovanlı ev elə bir dənədi. Başqası yoxdu.
Q a d ı n: Haçan keçəndə?
228