Page 229 - "Xəzər"
P. 229
n a q: İndi.
Q a d ı n: Gecə? Sən axı burda necə peyda olmusan?
Q o n a q: Sənin yanına gəlmişəm.
Q a d ı n: Mənim? Niyə gecənin bu vədəsində?
Q o n a q: Cədvələ uyğun… Cənubdan şimala gedirəm. Qatarla. Sizin şəhərdə qatar iyirmi dəqiqə
dayanır. Onun da on dəqiqəsini götür-qoy etdim: düşüm, düşməyim… Bir də buralara nə vaxt ayağım
dəyəcək? Yəqin heç vaxt. Düşdüm.
Q a d ı n: Bəs işlərin? Ezamiyyətin?
Q o n a q: Heç nə olmaz, təyyarə ilə uçub çataram. Səhər tezdənə reys var.
Q a d ı n: Valya, əlbəttə ki, bu, təsirlidi, amma… niyə axı mənim yanıma? Biz ki məktəbdən sonra
görüşməmişik…
Q o n a q: Elə görüşmədiyimizə görə də gəldim. Bir də görəcəyik ki, ömür keçib getdi, amma sözümüz
ürəyimizdə qaldı. (Qadın bıçaq tutduğu əlini aşağı salır, amma mobil telefonun nömrəsini yenidən yığır
və yenidən hardansa yaxınlıqdan melodiya səsi gəlir.) Sən ərinə zəng edirsən? Telefon burdadı. (Başıyla
musiqi səsinin gəldiyi astana tərəfə işarə edir. Qadın susub tərəddüdlə baxır.) Sən hər halda məni
xatırlamırsan…
Q a d ı n: Belə də…Dumanlı.
Q o n a q: Yaxşı. Bəs Vitya Stanislavskini necə, xatırlayırsan?
Q a d ı n: Əlbəttə! Eynəkli kürən. O, bizim sinifdə oxuyurdu.
Q o n a q: Mənsə onunla bir binada yaşayırdım. Biz dost idik. O, hətta kimya kombinatını yandırmışdı, az
qala, məktəb də yanıb külə dönəcəkdi.
Q a d ı n: Hə… Tüstü aləmi bürümüşdü. İndi o hardadı?
Q o n a q: Vitka? Kanadada divarlara suvaq vurur.
Q a d ı n: Hə, Sveta mənə demişdi… Sən onunla tez-tez danışırsan?
Q o n a q: O qədər də yox.
Qadın bıçağı stolun üstünə qoyur.
Q a d ı n: Sən məni yaman qorxutdun.
Q o n a q: Üzr istəyirəm. Amma nədən qorxursan? Sizin ki, burda qulluqçunuz, bağbanınız var…
Q a d ı n: Hamısını buraxmışıq. Bayramdı.
Q o n a q: Onda bir də üzr istəyirəm.
Qadın təzədən mobil telefonu götürüb nömrəni yığır. Yenidən telefonun melodiyası eşidilir. Qadın qonaq otağından
astanaya keçib mobil telefonla qayıdıb gəlir.
Q a d ı n: Ərim telefonu qoyub gedib. Qəribədi… Amma indilərdə gələcək.
229