Page 224 - "Xəzər"
P. 224
d ı n: Bu gün bayramdı.
S a h i b: Yeni il-zad deyil ki. Biz əvvəllər Valentin-zad kimi müqəddəsləri tanıyıb eləmirdik. Normal da
yaşayırdıq. Ümumiyyətlə, bu nə söhbətdi, axı?! Mən ki getmədim. Sən dedin, mən qaldım!
Q a d ı n: Ezamiyyət alınmadı deyə, işgüzar görüş məsələsini ortaya atdın.
S a h i b: Orda sən də vardın ki!
Q a d ı n: Əminəm ki, sən o görüşü ora tək getməyəcəyin, yalnız mənimlə gedəcəyin barədə təkidimdən
sonra təşkil etdin.
S a h i b: Əgər mən hər köhnə, yeni bayramlara görə işimi təxirə salsam, müflis olaram.
Q a d ı n: Məncə, sən artıq çoxdan pul qoyub faizlə yaşaya…
S a h i b (sözünü kəsir): Pul qoymaq asandı, amma hər adam onu ordan çıxara bilmir.
Q a d ı n: …günlərlə ofisdə batıb qalmazsan. Hansısa ezamiyyətlərə getməzsən… Özü də kim bilir,
kiminlə…
S a h i b: Yenə başladın?
Q a d ı n: Nəyi başladım?
S a h i b: Özü də kim bilir kiminlə? Mən ya tək gedirəm, ya da Mişayla! Özü də ancaq işlə məşğul
oluram.
Q a d ı n: İşlə? Bəs tübikdəki məcun?
S a h i b: Nə, məcun?
Q a d ı n: Sən bir həftəlik ezamiyyətdən qayıdıb gələndə tübikdəki məcun gedəndə necə idisə, eləcə qalır.
S a h i b: Hə, yoldaş müstəntiq burdan nə məntiqi nəticə hasil olur?
Q a d ı n: Burdan o məntiqi nəticə hasil olur ki, nömrədə başqa kimsə də var və sən onun məcunuyla
dişlərini yuyursan.
S a h i b: Yaxşı mehmanxanalarda gigiyenik dəstlər verilir.
Q a d ı n (kinayə ilə): Belə de! Sən nə yaman qənaətcilmişsən! Bəs paketlər? Həmin o çamadanında qadın
mağazalarının paketləri hardandı? Hansı ki, mən o mağazalardan heç vaxt, heç nə almaram. Bilirsənmi
niyə? Bahalığına görə. Sən deyən kimi… arvad üçün, əlbəttə, bahadı, məşuqə üçünsə lap yerinə düşür.
S a h i b: Nə qədər demək olar ki, mənə viski hədiyyə etmişdilər. Amma paketə fikir vermədim.
Q a d ı n: Bəs telefon?
S a h i b: Nə telefon?
Q a d ı n: Sən Praqaya getmişdin, amma operator polyakca danışırdı!
S a h i b: Mən Praqadaydım! Operator da çexcə danışırdı. Əgər dilləri ayırd eləyə bilmirsənsə, öyrən.
Q a d ı n: Hansını?
S a h i b: Hər ikisini. Dəqiq bilmək üçün (Pauza. Siqaret yandırır.) Həm də italyancanı.
Q a d ı n: İtalyanca niyə? Nədi, indi də İtaliyaya gedirsən?
S a h i b: Bəli.
Q a d ı n: Tək gedirsən?
224