Page 226 - "Xəzər"
P. 226
Sahib kürkünü geyinib əlini cibinə salır. Portmanatını çıxarıb yoxlayır, sonra maşının açarlarını, bir də saqqızı
çıxarır. Saqqızdan iki dənəsini ağzına qoyur.
Q a d ı n: Nədi, doğrudan gedirsən?
S a h i b: Əlbəttə. İlin qardaşlaşmış aylarının onlar üçün təşkil etdikləri qlobal istilikdə həmin o nənələri
axtaracağam. (Badəni ona verir.) İçilməyib qalmağı yaxşı əlamət deyil. Axıracan iç, uzan. Qayıdıb səni,
yatmış gözəli oyadacam.
Qadın badəni götürür, amma ağzına aparmadan stolun üstünə qoyur.
Q a d ı n: Sonra. Mən gərək çamadanları yığım. Birigün uçuruq, amma mən hələ özümlə nə götürəcəyimi
bilmirəm.
S a h i b: Sabah bütün günü boşsan. Çatdırarsan. İndi uzan.
Onun yanağından öpüb çıxır.
Qadın otağın ortasında dayanıb durur. Şərab badəsini əlinə alır, amma eləcə əlində saxlayıb içmir, sonra yenidən
qaytarıb stolun üstünə qoyur. Kreslonun üstünə atılmış şərflə jaketi ordan götürüb yataq otağına keçir. Əlində don
qayıdıb gəlir. Üstünə tutub güzgüyə baxır. Sonra donu divanın üstə atıb telefonu götürür və nömrəni yığır.
Q a d ı n: Marina, mənəm. Oyatmadım ki? Mən soruşmaq istərdim… (Tərəddüd edir, sonra özündə
cəsarət tapır.) Siz öz qızlar məclisinizə oğlanları hardan sifariş eləyirsiniz? Şey üçün də, striptiz…
Məndən istəyiblər. (Pauza.) Bu dəqiqə… (Kağız və qələm götürür.) Klub? “Sıfır-iki?!” Çılğınlar…
Sifarişlə oğlanlar... Bəs nömrə? Denən. (Nömrəni yazır.) Aydındı. Çox sağ ol. (Kağıza baxa-baxa təzədən
nömrəni yığır.) Axşamınız xeyir, xanım. Mənim sizə bir sifarişim… xahişim… Bəli. (Qulaq asır.) Başa
düşürəm, bayramdı… Gərək qabaqcadan… amma burda məsələ belədi ki… Cəmi bircə saatlığa.
Çalışacaqsınız? Yazın: Meşəkənarı qəsəbəsi, İşıqlı küçəsi, 15. Aleksandra. Nömrəm sizdə göründü?
Bəlkə bizim tərəflərdə kimsə boş oldu… İkiqat tarif? Yaxşı. Gözləyəcəyəm. (Qadın donunu götürüb
onun qollarını çiyninə atır və ağır-ağır rəqs edir. Mobil telefon zəng çalır. Qadın götürür.) Alo! Yox,
yatmamışdım. Danışa bilmirdim. (Pauza.) Hə, ehtiraslı bir seks. Lyuda, əsl olivyeni neynirsən? Mişa
acdı? Yatıb? Sabah heyrətləndirərsən? (Pauza.) Yaz. İki laləvər otu… “Ananas ye, üstündən də laləvər
otu çeynə”… Nədi, məktəbdə öyrətməyiblər? Antikrizis. Laləvər otunu, maderada, o tünd şərabda
qaynadarsan. Mal dili. Yüz qram qara kürü. Bir dəstə göyərti. Qaynadılmış xərçəng – iyirmi beş ədəd.
Təmizlə. Yarım banka həftəbecər. Nə?... Xiyar bağlaması, ən xırdalarından. İki təzə xiyar. Beş yumurtanı
daş kimi qaynat. Yüz qram yerqulağı… Mağazadan soruşarsan. Yazdın? Təsəvvür eləyirsən, kartofla
noxud yaddan çıxıb. Hamısını doğra, qarışdır, sonra üstünə mayonez vur. (Pauza). Bu da sənə aşpaz
Lüsyen Olivye. Familiya. Bax, sənin familin Rozenkrantsdı. Qızlıq da Qildenstern? Zarafat eləyirəm…
hə, Koçubey… ikinci qızlıq familiya boş şeydi? Səndə ondan nə qədərdi? Analıqdı?.. Di onda bir salat
düz-qoş, hamı da sənin adın olan salatdan yesin. Desert? Lyuda, qoy sabaha qalsın. Bir şey taparam.
Məsələn, “Zaxer” tortu. (Gülür). Yox, mən söyüş söymürəm. Bu tort həmin familiyalı bir avstriyalının
yaradıcılığının məhsuludu. Yaxşı tortdu, qurudu, soyuducuda saxlamağa da ehtiyac yoxdu. (Pauza).
Mayonezsə familiya deyil, Fransada şəhərdi. Mayon şəhəri. Oranın yaxşı toyuqları olur. Vəssalam.
Lyuda, mən yatmaq istəyirəm. (Pauza.) Xeyrə qarşı. (Təzədən nömrə yığır.) Alo! Yuleçka! Necəsən? Nə?
Danışa bilmirsən? Saat neçədi? Di yaxşı, yaxşı. Nə vaxt imkanın oldu, buyur, zəng elə. Gözləyəcəyəm.
Yox, yatmıram. Sonra başa salaram. Öpürəm. (Telefonu stolun üstünə qoyur. Qapının zəngi çalınır.
Qadın astanaya çıxır. Kişiylə qayıdır. Kişinin təxminən qırx yaşı olar. Hündür, qəddi-qamətli bu kişi
226