Page 232 - "Xəzər"
P. 232
n a q: O nə üçün gedib ki?
Q a d ı n: Gələr, bilərik… Yeri gəlmişkən, sən o qarçiçəklərini hardan tapdın?
Q o n a q: Hərbi sirdi. Sən ərinə nə hazırlamışdın?
Q a d ı n: Kluba zəng vurub bura striptizçi oğlanlar xahiş etdim. Siz qırx yaşlılar axı özünüzə qız xeylağı
istəyirsiz, eləmi? İndi isə… Ərim gəlib görəcək ki, mənim gənc məşuqum özü üçün xırda-xırda konyak
vurur… Onun qısqanc baxışlarını görmək istərdim.
Q o n a q: Mən bunun üçün yaramıram?
Q a d ı n (fikirləşib): Azca. Süjeti dəyişirik. Guya sən mənə aşiqsən. Məktəb sevgisi hələ də yaşayır. Bu
gün də mənə öz ürəyini təklif edirsən.
Q o n a q: Böyrəyimi də.
Q a d ı n: Hansı böyrəyini?
Q o n a q: Zarafat eləyirəm. Mən razı. Amma sən, belə görürəm, oynamağı xoşlayırsan, hə?
Q a d ı n: Bir az…
Q o n a q: Mən avtobazada işləyirdim. O idarədə Vera və Veroçka adlı iki qadın var idi. Hər ikisinin əri
uzaq məsafələrə maşın sürürdü. Veranın əri qısqanc, davakarın birisiydi. Veroçkanınkısa yox. Doğrusu,
heç əsas da yox idi. Amma Veroçka da Vera kimi ehtiraslar, qalmaqallar istəyirdi. Odur ki, bir gün
hardansa götürdüyü siqaret kötüyünü yastığının altına qoyur. Əri də çəkən deyil. Hə, əri kötüyü tapdı.
Dinməzcə işə getdi. Və bir daha geri dönmədi. Arvadı nə qədər hönkürsə də inanmadı. Boşandılar.
Ehtiraslarsız və qalmaqallarsız… Qorxmursan?
Q a d ı n: Qorxuram ki, qalmaqal-filan olmaya. Sən necə, əgər sinif yoldaşlarından biri gecə arvadının
yanına gəlsəydi, tamaşa qurardınmı?
Q o n a q: Yox.
Q a d ı n: Niyə?
Q o n a q: Çünki bu olmayacaq.
Q a d ı n: Niyə?
Q o n a q: Subayam. (Pauza.) Yaxşı, mən artıq oyuna girdim. Necə icra edəcəyik?
Q a d ı n: O içəri girir və biz bu an… içirik?
Q o n a q: Mən içən deyiləm. İnandırıcı görünməyəcək… Yeri gəlmişkən, sən niyə durmusan? (Şərab
dolu badəyə işarə edir.)
Q a d ı n: Hələ istəmirəm.
Q o n a q: Gəl belə eləyək. O, içəri girir, sənsə piano çalırsan.
Q a d ı n (istehzayla): Sən də oxyursan?
Q o n a q: Sən pianoda tez-tez çalırsan?
Q a d ı n: Yüz ildi ona əlim dəymir. Gəl başqa bir şey…
Q o n a q: Onun üçün yox, mənim üçün çalırsan. Görən kimi qısqanacaq.
Q a d ı n: Yadımda qalan melodiya yoxdu.
Q o n a q (xahiş edir): Gəl püşk…
232