Page 223 - "Xəzər"
P. 223
h i b: Mən bacardığımı əsirgəmədim. Özün də bilirsən ki, çiçək salonuna girib ordan səhləb gülü
seçmək mənim üçün problem deyil. Amma, əgər, nənələr yolda durmayıblarsa, qarçiçəyini hardan alım?
(Onu qucaqlamaq istəyir.) Məgər hansısa bir gülə görə…

Q a d ı n: Məsələ güldə deyil! Məsələ sənin mənə əhəmiyyət verməməyindədi! Bu gün sənin üçün çoxlu
yeniliklər oldu, eləmi?

S a h i b: Bəli. Yeri gəlmişkən, sən niyə gözünə linza taxmısan?

Q a d ı n: Gözümün rənginin başqa olduğunu sezməyin mənim üçün maraqlı oldu. (Mobil telefonun
boğuq səsi eşidilir. Qadın çantasını eşələyib telefonu çıxarır, monitora baxıb zəng səsini kəsir. Sahib
siqaret yandırır.) Günün bu vədəsində mənə kimin zəng elədiyi sənin üçün maraqlı deyil?

S a h i b: Sən ki telefonla o biri otağa keçmədin. Səsinin tonu dəyişmədi. Demək, əhəmiyyətsiz bir şeydi.

Q a d ı n: Hə, əhəmiyyətli deyil. Lyuda idi.

S a h i b: O-o. Plastik rəfiqə.

Q a d ı n: Necə, necə?

S a h i b: Plastikin necə cırıldamağı xoşuna gəlir?

Q a d ı n: Dəmirin şüşədə cırıldamağı qədər. (Çiyinlərini çəkib üzünü turşudur.)

S a h i b: Bax, sənin o Lyudan da mənə eynilə belə təsir edir.

Q a d ı n: Mənim Lyudam? O ki sənin dostundu, həm də şərikinin arvadıdı!

S a h i b: Nə olsun? Mən səndən onunla ünsiyyət saxlamağı xahiş eləməmişəm.

Q a d ı n: Əgər məni özünün müəllimi sayırsa necə?

S a h i b: Rədd elə getsin.

Q a d ı n: Mişa inciyər.

S a h i b: Əhəmiyyət vermə. Bu mənim problemimdi.

Q a d ı n: Düzünü desəm, onunla əlaqə saxlamağımın səbəbi tək bu deyil. Mənə maraqlıdı.

S a h i b: Sənə? Onunla? O ki menyudan başqa heç nə oxumur.

Q a d ı n: Mən “onunla maraqlıdı” demədim, “mənə maraqlıdı” dedim. Mişanın onda nə tapdığını və
Katyanı nə səbəbə atdığını anlamaq istəyirəm.

S a h i b: Atmayıb, qoyub gedib. Evlə, maşınla, nə bilim nələrlə… Lyudada isə o, cavanlıq tapıb.
Təxminən iyirmilik şəklində.

Q a d ı n: “Qırxlıq arvadımı iki iyirmiliklə dəyişirəm”. Sənin dostların arasında bu dəbdədi. Sırada kimdi?
Sən deyilsən?

S a h i b: Sənin ideyaların çox təlqinedici. Yadda saxla, qadın nəyisə bərk-bərk əlində saxlamaq
istəyəndə, əksinə, onu itirir.

Q a d ı n: Mən əlimdə heç nə saxlamaq istəmirəm. Sadəcə, sizlərin belələrində nə tapdığını anlamaq
istəyirəm.

S a h i b: Sən yenə başladın? Mən nəsə itirməmişəm ki, nəsə axtaram.

Q a d ı n: Eləmi? Bəs onda nəyə görə bu gün ezamiyyətə getməyə hazırlaşırdın.

S a h i b: Burda nə var ki?

223
   218   219   220   221   222   223   224   225   226   227   228