Page 233 - "Xəzər"
P. 233
d ı n: Əllə?
Q o n a q: Tək-cüt eləyək. Əgər tapsan, başqa bir şey fikirləşərik.
Q a d ı n: Yaxşı.
Q o n a q: Üzünü çevir. (Qadın dönür. Qonaq oyana-buyana baxıb uyğun bir şey tapa bilmədiyindən
köynəyinin düyməsini açıb ovcunda sıxır.) Tək, yoxsa cüt?
Q a d ı n: Cüt.
Q o n a q: Hardan bildin?
Q a d ı n: Həmişə cüt deyirəm. Cüt cütlük deməkdi. Ər-arvad.
Q o n a q ( düymə olan ovcunu açır): Tapmadın. Təkdi.
Q a d ı n: Nədi, məgər onu qoparmısan?
Q o n a q: Özü qopub. (Qadın köks ötürüb pianinonun arxasında əyləşir.) Dilxor olma, əvəzində səninki
sevgidə gətirər.
Q a d ı n: Şəkk-şübhə belə eləmə. (Bir neçə akkordu yoxlayıb sonra başlayır… “Mənim nəvazişli və zərif
heyvanciyəzim” filmindən olan valsı ifa edir.) Dedim axı, çoxdandı çalmıram.

Ayrı-ayrı akkordlarla melodiyanı ifa etməkdə davam edir.

Q o n a q: “Moruq-giləmeyvə” mahnısını necə, çala bilərsən?

Qadın səhv-doğru çalmaq istəyir.

Q a d ı n. Yox… Dedim axı, bir şey alınmayacaq… (Qalxıb pianinonun qapağını örtür.) İstəyirsən, disk
qoyum? Məndə 80-ci illərin diski var.
Q o n a q: Sonra. Yadındamı, direktor xanımımız diskotekalarda işığı söndürməyə icazə verməzdi?
Mənəviyyat uğrunda mübariz xanım.
Q a d ı n: Qaranlıq gənclərin dostudu… O qadının neçə yaşı vardı?
Q o n a q: Qırx.
Q a d ı n: O, bizim gözümüzdə necə də yaşlı görünürdü!.. Düymən hanı, tək düymən? Köynəyini ver,
tikim.
Q o n a q: Demək, sizin bu… evə daxil olur və budur sənə striptizli ailə münaqişəsi. (Şkafa tərəf gedib
iynə-sap olan qutunu götürür və sapı iynəyə keçirir. Pencəklə, köynəyini soyunub şalvarda və futbolkada
qalır.)
Q a d ı n: Siz striptiz buna deyirsiz? (Düyməni tikib Qonağa baxır.) Sən məktəbdən sonra hara üz tutdun?
Q o n a q: Hərbi-siyasi sahəyə. Yadındadı, belə bir ixtisas var idi. Vətəni qorumaq… Sonra bu vətənlərin
sayı çoxaldı. Və onları bir-birindən qorumaq lazım gəldi. Sonra başıma iş gəldi. Bir əsgəri evlənmək üçün
üç günlüyə evə buraxdım, o da fərari çıxdı… Beləcə, Valentin Vitalyeviç bir həddəcən yüksəlib sonra
bayıra atıldı.

233
   228   229   230   231   232   233   234   235   236   237   238