Page 225 - "Xəzər"
P. 225
h i b: Qaraçı xoruyla. (Qadın susur. Pauza.) Gəl içək. Həm də bəsdi, sakitləşək. (Badəni ona uzadır.
Öz badəsini də götürür. Toqquşdururlar. Sahib bir qurtum içir. Qadın badəni yüngülcə dodaqlarna
yapışdırıb stola qoyur.) İç. Bu şərabı ki, həmişə xoşlamısan. (Qadın əlini uzadır, onlar barışdırıcı jestlə
barmaqlarının ucunu birləşdirirlər.) Biz neçə illər bir-birimizə inamla yaşamışıq. Qısqanclıq özünə əmin
olmamaq deməkdi. Buna sənin heç bir əsasın yoxdu.
Q a d ı n: Qısqanclıq… Sədaqət… Əgər səni qısqanırlarsa, deməli, sevirlər, sənə sədaqətlidilər. Əgər
qısqanmırlarsa?.. Lap azacıq olsa belə…
S a h i b: Sən əsas vermədiyinə görə mən qısqanmıram.
Q a d ı n: Əsas olsa necə?
S a h i b: Necə yəni? Özün təşkil edəcəksən?
Q a d ı n: Edəcəyəm.
S a h i b: Bəsdi, görək.

Qadın zanbaqları açıb güldana qoyur.

S a h i b: Nə səbəbə bu gülü xoşlamırsan?
Q a d ı n: Ağır iyi var. Adama yuxu gətirir. Mətbəxə apar qoy. Çölə atsan, lap yaxşı olar. (Sahib incik
halda gülü otaqdan çıxarır və qayıdıb gəlir. Barışmaq istəyir.) Hirslənmə. Amma, doğrudan da, özünü
büsbütün işə verməyin mənim xətrimə dəyir. (Pauza.) Anan həmişə deyir ki, gözlə, onun altmış yaşı
olanda sənə əla ər olacaq. Mən gözləmək istəmirəm! Yadındamı, necə də arzulayırdıq ki, işlər qaydasına
düşsün, biz də adam kimi yaşayaq? Yaşayaq, başımızı pul qazanmaqla qatmayaq?
S a h i b: Biznes aşağı düşən eskalatorla yuxarı qalxmaq kimi bir şeydi. Dayansan, özü səni aşağı
çəkəcək.
Q a d ı n: Bəlkə artıq düşmək vaxtıdı? Bəlkə bir azca da skamyada oturub…
S a h i b: Ehtiyat oyunçular skamyasında? Mənim orda nə işim?
Q a d ı n: Heç nə. Səyahətə çıxarıq.
S a h i b: Onsuz da səninlə həmişə gəzirik. Birigün Amerikaya uçuruq. Avropada sənin olmadığın ölkə
varmı?
Q a d ı n: Var… Albaniya.
S a h i b: Nəzərə alarıq. Amma sənə xoş gəlsin deyə mən evdə oturub qalan deyiləm.
Q a d ı n: Mən darıxmıram.
S a h i b: Hə, görürəm. Kefindən-damağından qalmırsan. Bugünkü oyun yaxşı alındı?
Q a d ı n: Yaxşı alına bilərdi… Sənin o zanbaqların olmasaydı!
S a h i b (qalxır): Belə. Vəssalam! Mən qarçiçəyi dalınca gedirəm.
Q a d ı n (karıxmış halda): Ciddi deyirsən? Bir saata bax, on ikidi.
S a h i b: Müqəddəs Valentin günü Müqəddəs Valentin gecəsiylə əvəz olunur. Demək, qarçiçəyi məndən,
gecə sevişməsi səndən.

225
   220   221   222   223   224   225   226   227   228   229   230