Page 230 - "Xəzər"
P. 230
n a q: Sən məni nə bilmişdin?
Q a d ı n: Sonra deyərəm. Sən əyləş… Qəhvə?
Q o n a q: Yox, təşəkkür edirəm.
Q a d ı n: Konyak?
Q o n a q: İçmirəm.
Q a d ı n: Tamam?
Q o n a q: Həyatım boyu o qədər içmişəm ki, sən heç onu üzüb keçə bilməzsən… (Qadın Qonağın
qabağına külqabı qoyur.) Çəkmirəm.
Q a d ı n: Bəlkə sən heç futbola da baxmırsan?
Q o n a q: Əlbəttə, baxmıram.
Q a d ı n: Fantastika. Belə kişi olmur. (Divanda əyləşir.) Bilirsən, mən məzunların görüşünə getmirəm.
Ərimlə bura köçəndən sonra… Amma yazışıram. “Odnoklassnik”də. Bizimkilərin, demək olar, hamısı
ordadı. Sən niyə yoxsan?
Q o n a q: Gizlənirəm.
Qadın çaşqın nəzərlərlə baxır. Qonaq gülümsəyir.
Q a d ı n: Vergidən?
Q o n a q: Elə ondan da…
Q a d ı n: Valya, hər halda… Sənin başına nəsə iş gəlib?
Q o n a q: Gəlib… Elə sənin də.
Q a d ı n: Nə?!
Q o n a q: Biz axır ki, rastlaşdıq.
Q a d ı n: Ciddi deyirsən?
Q o n a q: Tamamilə. Sən heç dəyişməmisən. Təkcə gözlərin… Sənin gözlərin boz idi. Amma indi…
Yoxsa işıq düşür?
Q a d ı n: İşığın dəxli yoxdu. Gözlərim mavi olub. Bu, çətin bir şey deyil. İndi hətta cinsi də dəyişmək
mümkündü.
Q o n a q: Mavi gözlərlə sən daha gözəlsən.
Q a d ı n: Təşəkkür edirəm.
Q o n a q: Özün barədə danış.
Q a d ı n: Onsuz da sən Rodionovayla əlaqə saxlayırsan. Yəqin mənim barəmdə hər şeyi bilirsən.
Q o n a q: Təxminən. Qızın necədi?
Q a d ı n: Ərə getməyə hazırlaşır. Nəsə tələsir… Deyir ki, sözlərində ciddidilər. Birigün onun yanına
uçuruq.
Q o n a q: O hardadı ki?
230