Page 227 - "Xəzər"
P. 227
toda və əlcəkdədir.) Keçin. (Qonağı diqqətlə nəzərdən keçirir.) İşə bir bax… İkiqat tarif möcüzələr
yaradırmış. Ağlıma da gəlməzdi ki, belə… əməkdaşlarınız var.
Q o n a q (təbəssümlə): Necə belə?
Q a d ı n: Belə də… Mən elə bilirdim… cavanlar olur.
Q o n a q: Bizim şirkətdə əməkdaş nə qədər təcrübəlidisə, qiyməti də bir o qədər bahadı. (Kişi paltosunun
düymələrini açıb qoltuq cibindən qarçiçəyi buketini çıxarır.) Bu sizə çatacaq.
Q a d ı n: Bu ki möcüzədi! Əsl qarçiçəkləri… Soyunun, əyləşin.

Qadın rəfdən güldanı alıb qarçiçəklərini onun içinə qoyur və yataq otağına keçir. Qayıdıb gəlir. Qonaq otağı
nəzərdən keçirir. Əlcəyini, paltosunu çıxarıb kreslonun arxa tərəfinə qoyur. Əynində kostyum var. Əyləşir.
Qadın çantasından üç ədəd yüz dollarlıq əskinaz çıxarıb Qonağa uzadır. Qonaq matdım-matdım pullara baxır.

Q o n a q: O çiçəklərin qiyməti bu qədər eləmir.
Q a d ı n: Bu, çiçəklər üçün deyil, gecə üçündü. Avans. (Qonaq pullara əl vurmur və Qadın onları stolun
üstünə qoyur.) Mən sizi çox saxlamayacağam. Cəmi bircə saat. Sizinlə oturub çay içə-içə ərimi
gözləyəcəyik.
Q o n a q: Tanışlığımıza görə şadam.
Q a d ı n: Mənim adım Saşadı.
Q o n a q: Valentin.
Q a d ı n: Çay, qəhvə?
Q o n a q: Təşəkkür edirəm, lazım deyil.
Q a d ı n: Siz hətta paltonu da gözəl soyunursunuz. Şəhvani. Amma daha heç nə soyunmaq lazım deyil.
Q o n a q: Mən heç bu fikirdə də deyiləm. Bir az donmuşam. Külək… Sizin, yeri gəlmişkən, yelqovanınız
fırlanmır.
Q a d ı n: Əvvəl fırlanırdı, amma cırıltıyla. Açıb yağladıq… yenə cırıldadı. Yatmağa qoymurdu. Ona görə
də bərk-bərk bağladıq.
Q o n a q: Belə çıxır ki, yelqovanın əl-qolunu bağlamısınız.
Q a d ı n: Yelqovanın əl-qolunu bağlamısınız… Siz şairsiz?
Q o n a q: O qədər də yox.
Q a d ı n: Heç yazmağa cəhd də eləməmisiniz? Məktəbdə, sevdiyiniz qıza…
Q o n a q: Daha çox nasiranə...
Q a d ı n: Ərim gələndə ona oyun qurarıq.
Q o n a q: Kartla?

Q a d ı n: Yox. Fikrimi dəyişdim… (Mobil telefondan musiqi səsi gəlir.) Üzr istəyirəm. (Telefonu alıb
pəncərəyə tərəf gedir.) Alo! Hə, mənəm. (Pauza.) Nə? Üzr istəyirəm, başa düşmədim… Pis eşidilir, hamı
məşğuldu? Heç kimi göndərə bilməyəcəksiniz?.. (Dilxor şəkildə.) Sağ olun. (O, telefonu qapayıb dəhşət
içində Qonağa baxır). Siz kimsiniz?! (Qonaq sakitcə gülə-gülə baxır.

227
   222   223   224   225   226   227   228   229   230   231   232