Page 231 - "Xəzər"
P. 231
d ı n: Amerikada oxuyur.

Q o n a q: Pis deyil.

Q a d ı n: Ona pis deyil, mənə pisdi. Darıxıram.

Q o n a q: Harda işləyirsən?

Q a d ı n: Elə burda da işləyirəm.

Q o n a q: Niyə darıxdığın aydın oldu.

Q a d ı n: Amma təzədən məktəbə qayıtmaq nəsə ciddi görünməz…

Q o n a q: Oxumağa?

Q a d ı n: Oxutmağa. Mən axı orda beş il işləmişəm. Sonra İqorun işləri qaydasına düşdü… Pulum elə
yola gedirdi. Yulya tez-tez xəstələnirdi. Axırda ev xanımı işinə düzəlməli oldum.

Q o n a q: Aleksandra Romanovna, şagirdlər sizə necə müraciət edirdilər?

Q a d ı n: Təsəvvür edirsənmi… Aleksandr Makedonski.

Q o n a q: Niyə ki?

Q a d ı n: Mən sinfi sakitləşdirəndə belə deyirdim: “Aleksandr Makedonski qəhrəman idi, amma stulları
sındırmırdı…” Ümumiyyətlə, maraqlı idi. Elə bil özünü güzgünün o biri üzündə görürsən. Həmişə
düşünürdük ki, müəllimlər heç nə qanmırlar, amma biz ağıl dəryasıyıq, onları təlxək yerinə qoyuruq…
Mənsə uşaqlara baxanda onları ovuc içi kimi görürdüm. Bax bu, indicə hazırcavablıq eləyəcək. Bu biri
acıb, artıq asta-asta buterbrodunu hazırlayır. Mən artıq onun qoxusunu da eşidirəm… Bu biri əsə-əsə
oturub, başını aşağı salıb, qorxur ki, lövhəyə çağıraram. Bu birisə, əksinə, dərsi öyrənib deyə qurcalana-
qurcalana qalıb. Bu gün cavab verə bilsə, iki həftə kitab üzü açmaya bilər. Dilxor-dilxor çıxıb getdi.

Q o n a q: Çağırmadın? Xoşun gəlmirdi?

Q a d ı n: O qədər də yox. Ya da istəyirsən xeyirxahlıq eləyəsən, mərhəmət göstərəsən… Oğlansa qıza
xoş gəlmək üçün mənim dərsimi pozur. Sən də belə olmusan?

Q o n a q: Başqa sinifdən bir qız mənim xoşuma gəlirdi.

Q a d ı n: İnşa yazanda daha maraqlı olurdu. Görür, biri köçürür, özünün başında heç nə yoxdu. O birində
isə ilham pərisi dördnala çapır. Tələsir, səhvlər eləyir, vergül-nöqtəni qoymur… Elə bilir ki, bu günəcən
heç kimin yaza bilmədiyini yaradır, dünyanı alt-üst edib dəyişəcək.

Q o n a q: “Mən yayı necə keçirdim” inşa işinin iziylə iki qarət və bir zorlama hadisəsinin üstü açılıb.

Q a d ı n: Yaxşı görək… Mənim şagirdlərim tərbiyəli idi.

Q o n a q: Qulaq as, sizin sinif rəhbəriniz hələ sağdı? Biologiyaçı. Natalya… Natalya…

Q a d ı n: Pavlovna. Keçən il öldü… yadımdadı, bir dəfə Stanislavskini lövhəyə çağırıb ondan
steqosefallar barədə soruşdu. Kərtənkələ növüdü, timsahdan da dəhşətlidi. Yadımdadı, o, lövhənin
qarşısında dayanıb durub, üçüncü partada oturan Lenya Saxarov da ona dərsi pıçıldayır. Sonra Lenanın
başı qonşu stulda oturan dostunun qulağını kağızla qıdıqlamağa qarışdı. Biologiyaçı isə bu an Vityanı
üçüncü partaya tərəf sürükləyir. “Hə, de görüm, Yura dövründə steqosefallarda nə əmələ gəlmişdi?”
Vitya əvvəlcə Lenkaya, sonra steqosefala baxdı… Onun arxasından plakat asılmışdı… Təzədən Lenkaya
baxdı. O da kağızı qonşusunun qulağına dürtməyindədi. Və Vitya əmin olmasa da, hər halda cavab verə
bildi: “Qu-u-laq əmələ gəlmişdi…”

Q o n a q: Hə, sizin bu şaqqanaq səsinizdən az qala qonşu kabinetin tavanı yerə gələcəkdi.

Q a d ı n (həyəcanla saata baxır): Ərim axı harda qaldı?

231
   226   227   228   229   230   231   232   233   234   235   236