Page 222 - "Xəzər"
P. 222
hib branı və lüstrü yandırır. Sonra cibindən paket çıxarıb içindəki tozu Qadının badəsinə boşaldır. Sonra üstünə
şərab süzür.

Qadın qayıdıb gəlir.

Q a d ı n: Nədi, gedirik?
S a h i b: Hara?
Q a d ı n: Qarçiçəyi yığmağa. Amma nəsə qorxuram gəzmək özümüzə qalsın. Qarçiçəyi martdan tez
əmələ gəlmir.
S a h i b: Siz qlobal istiləşməni nəzərə almırsınız.
Q a d ı n: Yaxşı nağıldı! Söz vermişdiz ki, mümkünsüzü mümkün edəcəksiniz! Qar altından çiçək
çıxaracaqsınız! İndi də istiləşmədən dəm vurursunuz.
S a h i b: Bilirsiniz, mən artıq çıxarmışam. Siz burdan müvəqqəti aralananda.
Q a d ı n: Eləmi?
S a h i b: Üzünüzü çevirin və gözünüzü yumun. Bu tərəfə dönməyin!

O, yenidən musiqini qoşur. Adamonun ifasında “Qar yağır” mahnısı səslənir. Sahib otaqdan çıxıb dərhal əlində iri
zanbaq buketiylə qayıdır.

Q a d ı n: İndi olar.

Qadının qarşısında diz üstə dayanıb gülü ona uzadır. Qadın dönür.

Q a d ı n: İşə bax! Sən yenə hər şeyi korladın!

Pultu götürüb musiqini qoşur. Sahib dağınıq baxışlarla qalxıb işığı söndürür.

S a h i b: Salaməleyküm… Nə düz olmadı ki?
Q a d ı n: Zanbaqdan zəhləm gedir.
S a h i b: Sən giasintləri deyirdin.
Q a d ı n: Za-an-baq! Yüz dəfə dedim. Sənsə unutdun. Doğrusu, bunu sürücünə deməyi unutdum. Sənin
arvadın üçün güllər alan sürücünə.
S a h i b: Hə! Mənim vaxtım nə gəzir. Mən işləyirəm. Günün bütün iyirmi dörd saatını. Hətta
akkreditivlər, qaimələr, boşaltmalar, yükləmələr gecələr yuxularıma da hakim kəsilir… Doğrudanmı,
gülün kimin alması belə vacib məsələdi?
Q a d ı n: Mənə vacib olan hansı gülləri xoşladığımı, səhərlər çay, yoxsa kofe içdiyimi sənin bilməyindi.
Əgər mən romantika istəyirəmsə…

222
   217   218   219   220   221   222   223   224   225   226   227