Page 221 - "Xəzər"
P. 221
d ı n: Onda növbəti sual: ibadət ibadətsizlikdən nəylə fərqlənir?
S a h i b: Aydındı. Demək, striptiz qurtardı. Amma bu gündəlik problemlər içində ürək yaman bayram
istəyirdi!
Q a d ı n: Çoxmu işləyirsiniz?
S a h i b: Hə. Evə gec gəlirəm, yoruluram…
Q a d ı n: Pul qazanmaqdan?
S a h i b: İşdən.
Q a d ı n: Yazıq kişi…
S a h i b: O qədər də yox. Yeri gəlmişkən, alimlər təsdiq ediblər ki, qadınlar varlıları pullarına görə yox,
bacarıqlarına görə sevirlər.
Q a d ı n: Çaşmayın. Varlıları heç kim sevmir. “Varlıları sevirsizmi” sualına respondentlərin 95 faizi
“yox” cavabı verir. Amma doğrudu, elə həmin 95 faiz “Övladınızın varlı olmasını istərdinizmi” sualına
“hə” cavabı verir.
S a h i b: Onda belə çıxır, qadınlar kasıbları sevir? Nəsə görməmişəm.
Q a d ı n: Qadınlar üçün nə varlı, nə kasıb, nə kök, nə arıq, nə qaraşın, nə sarışın var. Qadınlar onların
nazını çəkənləri sevir.
S a h i b: Onda icazə verin sizin nazınızı çəkim və bir tost təklif edim: bizim şərəfimizə!
Yenidən Dassenin ifasını qoşur və sonuncu bəndlə, nəqarəti tərcümə edir.
A nous
Aux souvenirs que nous allons nous faire
A l’avenir et au present surtout… 3. (Bizim şərəfimizə
Xatirələrimizin şərəfinə,
Gələcəyin və xüsusən, bu günümüzün şərəfinə.)
S a h i b: Bizim şərəfimizə, ümidlərimizin, illüziyalarımızın şərəfinə. Bizim gələcək ilk məhəbbətimizin
şərəfinə. Bizə bənzər milyonlarla aşiqin şərəfinə, həyatın, məhəbbətin şərəfinə. Gündüzlərimizin və
gecələrimizin şərəfinə. Bizə bu anları bəxş edən əbədiyyətin şərəfinə!
Musiqi kəsilir.
Q a d ı n: Bizim gələcək ilk məhəbbətimizin şərəfinə… Necə də sirli-sehrli, heyrətamiz. (İçirlər.)
Bağışlayın, mən burnumu harda pudralaya bilərəm?
S a h i b: İstirahət otağı ordadı.
Qapını göstərir və Qadın çıxır.
221