Page 220 - "Xəzər"
P. 220
iqi kəsilir.

Q a d ı n: Bir halda ki, siz Dassenlə bu qədər oxşarsız, onda məmnuniyyətlə içərəm.

Yenidən badələri toqquşdurub içirlər.

S a h i b: Mən özüm haqda danışdım. İndi növbə sizindi.
Q a d ı n: Danışmaq? Belə maraqsızdı. Yaxşısı budur, bir oyun quraq. Mən soruşum, siz cavab verin.
S a h i b: Yaxşı. Amma bir şərtim var: hər doğru cavabdan sonra siz əyninizdən nəsə bir şey
çıxaracaqsınız.
Q a d ı n: Mən belə şeyi ancaq bir pis kinoda görmüşəm. Orda qadın müəllim öz şagirdini yoldan
çıxarmaq istəyirdi.
S a h i b: Axırı necə oldu?
Q a d ı n: Qadını dama basdılar.
S a h i b: Bəs oğlan?
Q a d ı n: Qadına ərzaq bağlaması aparırdı. Qadın həbsxanadan çıxanda oğlanın artıq on səkkiz yaşı vardı.
S a h i b: Onlar evləndilər?
Q a d ı n: Yox, oğlan artıq başqa müəllimlə gəzirdi.
S a h i b: Biz ki uşaq-zad deyilik. Buna görə bizi dama basmazlar.
Q a d ı n: Oldu. Ən asanından başlayaq… Mən hansı musiqini xoşlayıram?
S a h i b: Demək belə, biz sizinlə cavan olanda Toto Kutunyo, Çelentano, San-Remo festivalı dəbdəydi…
Belə güman edirəm ki, italyan estradası. (Qadın yun şərfini çıxarır.) Tapdım, tapdım!
Q a d ı n: Hələ pəhriz barədə düşünmədiyim vaxtlarda hansı piroqlar xoşuma gəlirdi?
S a h i b: Trubka… yox, yox, gözlə… Yumru... oy, oy, yox… Eklerlər! Üstü kremli.

Qadın dərindən ah çəkib jaketini soyunur.

Q a d ı n: Uşaqlıqda mən ən çox nədən qorxmuşam – qaranlıqdan, yoxsa göy gurultusundan?
S a h i b: Elə düşünürəm, ən çox qorxduğun şey… evdə tək qalmaq olub. Düz tapdım?

Qadın əl çalıb tuflisini çıxarır.

Q a d ı n: Belə görürəm, siz bilməyən şey yoxdu.
S a h i b: Təxminən.

220
   215   216   217   218   219   220   221   222   223   224   225