Page 219 - "Xəzər"
P. 219
h i b: Əla çay var. İfadəmə görə üzr istəyirəm: marakuylu çay.
Q a d ı n: Mənsə, ifadəmə görə üzr istəyirəm, berqamotlu çayı xoşlayıram.
S a h i b: Təşkil edərik. Cəmi ikicə dəqiqə sizi tək qoymalı olacağam.
Q a d ı n: Niyə?
S a h i b: Çay dəmləmək üçün.
Q a d ı n: Məgər belə bir evin qulluqçusu yoxdu?
S a h i b: Mən hamısını evə buraxmışam, hətta qarovulçunu da. Onlar bizə mane olacaqdılar.
Q a d ı n: Məgər siz çay dəmləməyi bacarırsız?
S a h i b: Bəli… Yaponiyada öyrənmişəm.
Q a d ı n: Mən biləni orda bu işi öyrənmək üçün illər lazımdı. Siz belə tez necə nail oldunuz?
S a h i b: Mən işin çəmini dərhal tuta bildim: gərək çayın qarasına qənaət etməyəsən.
Q a d ı n: Çay yaxşı şeydi, amma sonra. Şərab, doğrudan da, dadlıdı. (Pəncərəyə yaxınlaşır.) Çox
gözəldi…
S a h i b: Bəlkə sizə evi göstərim?
Q a d ı n: Lazım deyil.
S a h i b: Niyə?
Q a d ı n: Siz ekskursiyaya yataq otağından başlayacaqsınız?
S a h i b: Vanna otağından da başlamaq olar.
Q a d ı n: Sağ olun, mən hələ istəmirəm.
S a h i b: Burda baxmalı şeylər az deyil: yığcam hovuz, yüz iyimi dörd çalarlı italyan mozaikası.
Q a d I n (sarkazmla): Çox maraqlıdı.
S a h i b: Çaydan imtina etdiniz. Qəhvə içmirsiniz. Mozaika maraqlı deyil… Sizi nəylə təəccübləndirək?
Q a d ı n: Özünüzdən danışın.
S a h i b: Məmnuniyyətlə.
Sahib yenidən pultla Dassenin mahnısını qoşur. İkinci bənd eşidilir.
A moi
A la folie dont tu es la rauson,
A mes coleres sans savoir pourquoi...3. (Mənim şərəfimə,
Səbəbkarı olduğun dəliliyimin şərəfinə,
Səbəbsız əsəbimin şərəfinə.)
S a h i b (mahnıyla eyni vaxtda): Mənim şərəfimə. Səbəbkarı sən olduğun dəliliyimin şərəfinə. Səni
tanımaq üçün itirdiyim zamanın şərəfinə. Sənin məsxərəyə qoyduğun cizgilərimin və düşünülməmiş
təşəbbüslərimin şərəfinə.
219