Page 218 - "Xəzər"
P. 218
Sahib musiqini kəsib əlində badə qadına yaxınlaşır.

Q a d ı n: Belə tostdan sonra içməmək olmaz. Üstəlik, fransız dilini mən həmişə xoşlamışam – cəmi beş-
altı kəlmə başa düşsəm də. Şerşe lya fam, se lya vu, orevuar…

Sahib (sözünü kəsərək): Msyö, je ne manj pa sus jur. 2. (qadını axtarın, həyat belədi, xudahafiz) Bir dəfə
Parisdə restoranda bu ifadəni işlədəndə ofisiant məndən soruşdu ki, niyə bura gələn bütün ruslar həmişə
eyni sözü deyir?

Q a d ı n: Bəs siz necə izah etdiniz?

S a h i b: Dedim ki, bizdə qəribə bir adət var – restorana getmək öncəsi bir neçə gün heç nə yeməmək.

Q a d ı n: O da inandı.

S a h i b: Bəlkə də. Bəs siz necə, inanarsızmı, mən ağzı bağlı şüşədən əlli qram şərab içə bilərəm?

Q a d ı n: Xeyr.

S a h i b: Mərc gələk?

Q a d ı n: Gələk.

S a h i b: Öpüşdən!..

Q a d ı n: Siz yaman inadkarsız. Göstərin görüm.

Sahib bardan ağzıbağlı şüşə çıxarıb onu bir əlində tutur. O biri əlinə açıq şüşəni alır və barmen jestiylə açıq şüşədəki
şərabı bağlı şüşənin arxasındakı yumru oyuğa süzür. Sonra qurtum-qurtum badədən içirmiş kimi içir. Qadının
qabağında təzim edir.

Q a d ı n: Fokusçu!

Qadın öpüş üçün yanağını təklif edir.

S a h i b: Qadın hiyləgərliyi buna deyərlər! (Onun yanağından öpür. Toqquşdurub, qurtum-qurtum içirlər.)
Cəngavər gözəl xanımı zalım cadugərin əlindən xilas etdi…

Q a d ı n: Qarderobçunun.

S a h i b: Hər halda cəngavərə mükafat düşür.

Q a d ı n: Qəhrəmanlıq təmənnasız olmalıdı!

S a h i b: Onda mənə sevginizi bəxş edin. O, pulla ölçülmür.

Q a d ı n: Axı mənə qarçiçəyi tapıb verməliydiniz! Dediniz, meşəyə gedək, amma bura gətirdiniz…

S a h i b: Qarçiçəyi də olacaq! Hələliksə, bəlkə sizə bir qəhvə dəmləyim?

Q a d ı n: Mən qəhvə içmirəm.

S a h i b: Niyə? Üzünüzün rənginə görə?

Q a d ı n: Sadəcə, xoşum gəlmir.

218
   213   214   215   216   217   218   219   220   221   222   223