Page 217 - "Xəzər"
P. 217
h i b: Doğrudan? (Heynenin alman dilində şeirini oxuyur). Ayn fixtenbaum ştit ayn zam am norden
auf xojen xox.
Q a d ı n (onun sözünü kəsərək): “Vəhşi şimalda bir təhna şam ağacı böyüyür…” Mən bu şeiri məktəbdə
keçmişəm. Hər halda, bəyənmədim.
S a h i b: Sizin gözəl səsiniz var. Oxuyursunuz?

Qadın pəncərəyə yaxınlaşıb pərdəni çəkir.

Q a d ı n: Qar yağır…
S a h i b: Sizin gözəl gözləriniz var.
Q a d ı n: Necə?
S a h i b: Gözəl.
Q a d ı n: Nə rəngdədi?
S a h i b (heyrətlə): Boz.

Qadın ağır-ağır yaxınlaşıb demək olar ki, onunlа üzbəüz dayanır.

S a h i b (heyrəti bir qədər də artır): Mavi… Sizin gözləriniz anadangəlmə mavidi?
Q a d ı n: Bəs sizdə ancaq bayramdan-bayrama qəhvəyi olur?
S a h i b: Mən də mavigözlü olmaq istərdim, amma… Yəqin o biri həyatda.

Qadın badəni qaldırır.

Q a d ı n: Yaxşı, nəyin şərəfinə içək?
S a h i b: Bir halda ki, almanca tostu bəyənmirsiniz, qoy onda fransızca olsun. A toi. A la façon que tu as
d’etre belle…1. ( Sənin şərəfinə, sənin gözəlliyinin şərəfinə) Yox, yaxşı olar ki, orijinalda.

O, musiqi mərkəzinin pultunu götürüb düyməni basır və Co Dassenin məşhur mahnısı eşidilir.
A toi.

A la façon que tu as d’etre belle…
Mahnı oxunmaqda davam edir. Sahib badəni qaldırıb tərcümə edir.

S a h i b: Sənin şərəfinə! Sənin belə gözəl ola bilmək məharətinin şərəfinə. Sənin isti, amma həm də
hərdən-hərdən atmacalı sözlərinin şərəfinə. Bir vaxtlar qiyafəsində olduğun o balaca qızcığazın şərəfinə.
İndi də tez-tez ona qayıdırsan. Sənin keçmişinin şərəfinə. Və sənin gözəl şahzadələrinin şərəfinə.

217
   212   213   214   215   216   217   218   219   220   221   222