Page 216 - "Xəzər"
P. 216
d ı n: Əgər Rotşild etiraz etmirsə, mən razı. Ağ olmur, qoy qırmızı olsun.

Onlar bir neçə qurtum içirlər.

S a h i b: Qəribədi, necə olub ki, sizi restoranda görə bilməmişəm.
Q a d ı n: Amma mən sizi gördüm. Başınız dostlarınızla söhbətə qarışmışdı…
S a h i b: Şəriklərimlə. Əgər sizi əvvəldən görmüş olsaydım, onların hamısını tullayardım.
Q a d ı n: Şərikləri tullamaq etik hərəkət deyil.
S a h i b: Belə bir qadına görə hər şey etikdi. Yaxşı ki, pul kisəm paltomun cibində qalıbmış. Onun
dalınca qarderoba gedəndə siz orda idiniz.
Q a d ı n: İlk dəfəydi ki, nömrəni itirmişdim. Əgər siz qarışmasaydınız, heç özüm də bilmirəm necə
olacaqdı.
S a h i b: Restoran qarderobdan başlayır və nömrə axtarışıyla sona çatır.
Q a d ı n: Çantamı yüz dəfə ələk-vələk elədim. Yoxdu ki, yoxdu. Sizsə əsl cəngavər kimi…
S a h i b: Mən orda tez-tez oluram. Ona görə də onlar mənim zəmanətimə inandılar.
Q a d ı n: Kimlə olursunuz?
S a h i b: Şəriklərlə.
Q a d ı n: Başqa kimlə?
S a h i b: Hamı müəyyənləşdirmək istəyir ki…
Q a d ı n: Amma heç də hamı qarşılıqlı cavabı ala bilmir. Hər halda, başqalarıyla da orda olursuz.
S a h i b: Hərdən də şəriklərsiz… tək.
Q a d ı n: Mənim orda kimlə olduğumu necə, soruşmayacaqsız? Niyə ordan tək çıxdığımı da?
S a h i b: Ürəyiniz istəsə, soruşa bilərəm.
Q a d ı n: Elə də yox. Yaxşısı budu, ilk dəfə gördüyüm kişinin yanına düşüb getməyə niyə razılıq
verdiyimi soruşun.
S a h i b: Çünki ilk baxışdan məhəbbətə inanırsınız. Əlbəttə ki, söhbət mənim baxışımdan gedir.
Q a d ı n: Əgər inanmıramsa necə?
S a h i b: Onda mən dəli olacağam! Yeri gəlmişkən, bu gün biz almanlarla işbirliyini qeyd edirdik.
Dedilər ki, bəs onlarda on dörd fevral sevgililər yox, dəlilər günü kimi qeyd olunur.
Q a d ı n: Dəlilər?
S a h i b: Təsəvvür edirsiniz!
Q a d ı n: Müəyyən mənada almanlar haqlıdı. Sevmək həqiqətən də ağlı itirmək deməkdi.
S a h i b: Gəlin, bruderşaftın şərəfinə içək!
Q a d ı n: Alman dilini heç xoşlamıram. Аdamın dili dolaşır. Bru-der-şaft…

216
   211   212   213   214   215   216   217   218   219   220   221