Page 215 - "Xəzər"
P. 215
“Meşəkənarı” adında bağlıq qəsəbə bu yaxınlarda salınıb. Şam meşəsinin yaxınlığında dörd bir yanı çəmənliklə
dövrələnmiş evlər ucalıb.
14 fevralın axşamı. Ay bədirlənib. Az əvvəl qar yağıb. Qar şam ağaclarının budaqlarında və üstü biçilmiş kolların
üstündə qalıb. Budaqlar öz kölgələriylə qarda sirli-sehrli mənzərə yaradır. Küçənin tək rəqəmli hissəsindəki ən
hündür evə bir maşın yaxınlaşır.
Maşından ilk düşən kişi qadının düşməyinə kömək edir. Onlar qardan təmizlənmiş yolla evlərinə tərəf gedirlər. Kişi
qapını açır. Pəncərələr işıqlanır.
***
İşıq yanır. Səhnədə bağ evinin geniş qonaq otağı görünür. Mebel köhnə əyyamları хatırladır: pianino, kamin,
kaminin qarşısında xalça. Qonaq otağının ortasında balaca stol var. Evin sahibi qadınla otağa daxil olur. O, qadına
xəz paltosunu soyunmağa kömək edir, sonra da öz kürkünü çıxarır. Qadın özünə baxan qadınlardandı – gözəldi,
zövqlə geyinib. Evin sahibi pencək və qara qolf şalvardadır.
S a h i b: … Nağıl gərək gözəl sonluqla bitsin. Yatmış şahzadə oyanıb görəcək ki, meşədə qarçiçəkləri
baş qaldırıb.
Q a d ı n: Bəlkə çiçəkləmədi?
S a h i b: Çiçəkləyər, çiçəkləyər! Pulu çatıb!
Q a d ı n: Pulu çatıb? Bu ki lap postmodernizm oldu.
S a h i b: Postmodernizm, şahzadə, Zoluşka paltar yumaqdan qazandığı pulla yaşayanda olur. Bizdə isə
klassikadı. Ən azı modern. Keçin, əyləşin…
Qadın otağa göz gəzdirib, sonra kresloda əyləşir.
Q a d ı n: Ürəyəyatımlı eviniz var.
S a h i b: Siz günün bu vədəsində hansı şəraba üstünlük verirsiniz?
Q a d ı n: Yəqin ki, ağ şəraba.
S a h i b: Mənsə qırmızısını təklif edirəm. Bu yaxınlarda Bolqarıstana getmişdim. Orda dedilər ki, içində
“r” hərfi olan aylarda gərək qırmızı şərab içəsən.
Q a d ı n: Mən bu məsəli balıqlar və xərçənglər barəsində eşitmişəm. Şərab məsələsində ilk dəfədi.
Sahib burğuyla şərab şüşəsini açıb badələri doldurur.
S a h i b: Yeri gəlmişkən, Bolqarıstanda qırmızı şəraba qoşulan mahnıların say-hesabı yoxdu, bircəciyi də
ağ şəraba qoşulub.
Q a d ı n: O mahnıda nə deyilir?
S a h i b: Deyilir ki, niyə axı mən qırmızı deyiləm. Bir dadına baxın. Baron Rotşildin kolleksiyasından
Bordo şərabıdı.
215