Page 17 - "Xəzər"
P. 17
aq gəlir: qapını itələyib içəri girir, saçları da eynən elə otuz il qabaq olduğu
kimi – qara...

Xahiş etdi ki, qalxmayım. Yanımda oturdu. Quru, sərt səsiylə yaşımı soruşdu.
“Maneken işləmişəmmi?” – “Yox”. Sonra ayaqqabılarımı çıxarıb pəncərəyədək
gedib qayıtmağımı istədi. Utandığımdan sim kimi gərilərək pəncərəyə tərəf getdim.
O, belini büküb çənəsini əlinə söykəyərək oturmuşdu, donuq baxışlarla məni
süzürdü. Bu “keçiddən” sonra tir kimi düz qarşısında dayandım, o isə elə susur,
susurdu. Gözlərimi boş stulun yanında yetim kimi duran ayaqqabılarıma
zilləmişdim, var gücümlə çalışırdım ki, sakitliyimi qoruyum.

– Əyləşin, – dedi. – Mən öz yerimə oturdum, onunla yanaşı. Bilmirdim ki,
ayaqqabımı geyim, yoxsa yox. – Bu sizin təbii rənginizdir? – deyə, saçlarıma işarə
etdi.

Mən cavab verdim:

– Hə.

– Sizin profilinizi görmək istəyirəm. – Üzümü pəncərələrə tərəf çevirdim. –
Kifayət qədər gözəl profiliniz var... – Bunu elə dedi, sanki bəd bir xəbər verirdi
mənə. – Gözəl profil nadir şeydir. – Adama elə gəlirdi ki, yer üzündə gözəl
profillərin azlığı onu bir fakt kimi əsəbiləşdirir. Qırğı gözlərini məndən çəkmirdi. –
Siz kifayət qədər fotogeniksiniz, amma müsyö Pyerin axtardığı yalnız bu deyil.

Mən sıxılıb yumağa döndüm. Yəni heç bir şansım yox idi? Bəlkə yaxşı olardı ki,
bu müəssisənin sahibiylə, həmin o müsyö Pyerlə də məsləhətləşəydi? Xoşlarına
gəlmək üçün nəyə desələr, hazır idim, təki müsyö Pyer bəyənsin məni.

– Çox təəssüf... Biz sizi götürə bilməyəcəyik.

Hökm çıxarılmışdı. Etiraz etmək üçün özümdə güc tapmadım. Bu adamın quru,
sayğılı ahəngi aydınca deyirdi ki, mənim müsyö Pyerlə barəmdə danışacaq qədər
dəyərim yoxdur.

17
   12   13   14   15   16   17   18   19   20   21   22