Page 18 - "Xəzər"
P. 18
qqabılarımı geyindim. Stuldan qalxdım. O, dinməzcə əlimi sıxdı, məni qapıya
kimi ötürdü. Küçədə yadıma düşdü ki, çətiri unutmuşam, amma bunun daha heç bir
əhəmiyyəti yox idi. Körpünün üstündən keçdim və Son çayı boyunca addımladım.
Gəlib öz məhəlləmizə çıxdım – Sen-Bartelemi yamacına, lazaretlər monastırının
divarları altına; sonralar bu mənzərəni yuxuda o qədər gördüm ki! Məni bu divarın
fonunda seçmək mümkün deyildi. Onun kölgəsində əriyib, onun rənginə
düşürdüm. Və kimsə məni bu zülmətdən çəkib çıxara bilməzdi. Qrole küçəsindəki,
altında oturub gözlədiyim lüstrün amansız ağ işığına qərq olmuş salon! Və göy
kostyumlu, zamşa ayaqqabılı həmin o tip yenə salondan dal-dalı çıxır. Tərsinə,
axırdan əvvələ göstərilən köhnə filmlərdəki kimi...

Həmişə eyni yuxu. Neçə illər keçəndən sonra lazaret divarı daha o qədər tünd
gəlmirdi mənə, bəzi yuxularda isə üstünə qürubun zəif şüaları da düşürdü. Qrole
küçəsindəki salonun işığı daha xoş, yumşaq olmuşdu. Qırğı kimi baxan kişinin göy
kostyumu da elə bil bozarmış, rəngi qaçmışdı. Onun sifəti zamanla solğunlaşmış,
dərisi sanki şəffaf olmuşdu. Yalnız saçları eləcə qara qalmışdı. Əvəzində indi səsi
bir qədər xırıltılı idi. Sanki o deyildi danışan, köhnə val oxudurdular. Eyni sözlər
bir-birini əvəz edərək ara vermədən, əbədi səslənirdi: “Sizin təbii rənginiz...
Profilinizi çevirin mənə... Bu müsyö Pyer axtaran deyil...”, amma bütün bu sözlər
öz mənasını artıq çoxdan itirmişdi. Oyananda mən həmişə təəccüblənirdim ki,
çoxdan keçmişdə qalmış bu epizod nədən məni bu qədər incitmiş, bədbəxt etmişdi.
Axı həmin axşam körpüdən keçəndə özümü Son çayına atmaq barədə də
düşünürdüm. Aman ilahi, belə sarsaq bir şeyə görə!

Evə, valideynlərimin, yataq otağımdakı güzgünün yanına dönməyə cəsarətim
çatmadı. Uzun pilləkənlərlə Köhnə şəhərə endim, sanki bütün bunlardan qaçmaq
istəyirdim. Və yenə sahillə Son çayı boyu dolaşmağa başladım. Sonra kafeyə
getdim. Mirey Maksimoffun Parisdəki dostlarının ünvan və telefonunu yazdığı
kağız parçası dururdu. Uzun-uzadı zəng çaldım, bir xeyli cavab gəlmədi, amma
sonra telefonun dəstəyindən qəflətən bir qadının səsi eşidildi. Gözlənilməzlikdən
yerimdə donub qaldım. Sonra zorla mızıldandım:

18
   13   14   15   16   17   18   19   20   21   22   23