Page 212 - "Xəzər"
P. 212
rəyən əlimlə bıçağı sıxıb, otağın qapısını açdım. Mariya parıldayan gözlərini
üzümə zilləyəndə mən qapının ağzında dayanmışdım. Yavaşca onun çarpayısına
yaxınlaşanda başını qaldırıb astadan soruşdu:

– Nə üçün gəlmisən, Xuan Pablo?
Saçından yapışıb pıçıldadım:
– Səni öldürməyə gəlmişəm, Mariya. Sən məni atıb getdin.
Və ağlayaraq bıçağı sinəsinə soxdum. Mariya dişlərini sıxıb, gözlərini yumdu;
qanlı bıçağı çıxaranda gözlərini zorla açıb kədərlə mənə baxdı. Birdən lap
qəzəblənib, sinəsinə və qarnına dalbadal zərbələr vurmağa başladım.
Sonra eyvana qaçıb aşağı elə cəld düşdüm ki, sanki içimə şeytan girmişdi. İldırım
nə vaxtsa hər ikimizin olduğu yeri son dəfə işıqlandırdı.
Maşınla Buenos-Ayresə doğru şütüdüm. Saat dörd, ya beşdə çatdım. Kafedən
Alyendeyə zəng vuraraq, onu oyatmağa məcbur edib, dedim, təcili onu
görməliyəm. Sonra Posadas küçəsinə cumdum. Polşalı xidmətçi məni artıq evin
yanında gözləyirdi. Alyende beşinci mərtəbədə liftin qarşısında işıqsız gözlərini
geniş açıb dayanmışdı. Əlindən tutub onu mənzilə dartdım. Polşalı gic kimi
arxamca gəlib, heyrətlə gözlərini mənə zilləmişdi. Dedim ki, onu qovsunlar. O
çıxan kimi bağırdım:
– İndicə malikanədən gəlirəm! Mariya Xanterin məşuqəsidi!
Alyende donub qaldı.
– Səfeh! – nifrətdən boğula-boğula dedi.
Mənə inanmadığına görə hirslə qışqırdım:
– Səfeh sizsiniz! Mariya mənim də, bir çoxlarının da məşuqəsi olub!
Məmnunluq hissi içimi doldurdu, kor isə belini dikəldərək sanki daşa döndü.

212
   207   208   209   210   211   212   213   214   215   216   217