Page 211 - "Xəzər"
P. 211
ncaq, bəlkə, mən yazığam? Onlar da elə mənə gülürlər? Məgər tuneldən şifrəli
məktublar göndərən mən sarsaq deyildim?
Xanterlə Mariya parkda xeyli gəzişdilər. Şimşəyin doğradığı buludlar artıq
başımızın üstündən asılmışdı. Külək əsdi, ilk damcılar düşdü. Gəzməyə çıxanlar
evdə gizlənməli oldular. Ürəyim şiddətlə döyünürdü. Ağacların altındakı
sığınacağımda başa düşdüm ki, dəfələrlə təsəvvür elədiyim son gəlib çatıb,
nəhayət, bu iyrənc sirr açılacaq.
Birinci mərtəbədən gözümü çəkmirdim: ora tamamilə qaranlıqdı. Bir az keçmiş
Xanterə məxsus ortadakı yataq otağının işığı yandı. Hələ gözlənilməz heç nə baş
vermirdi – Xanterin yataq otağı pilləkənlə üzbəüz idi və bu pəncərələrin ilk olaraq
işıqlanması təbii idi. İndi o biri otağın işığı yanmalıydı. Mariyanın öz otağına
getməsi üçün lazım olacaq hər saniyəni ürəyimin şiddətli döyüntüsü müşayiət
eləyirdi.
Ancaq onun otağının işığı yanmaq bilmirdi.
İlahi, qəlbimi dolduran intəhasız tənhalığı təsvir eləmək gücündə deyiləm. Sanki
sonuncu gəmi məni kimsə yaşamayan adadan aparmaq əvəzinə, köməyə çağıran
siqnalları görmədən, yanımdan ötüb keçmişdi. Mən yavaş-yavaş yerə çökdüm, elə
bil birdən-birə qocalmışdım.
XXXVIII
Yağışdan islanmış vəziyyətdə, cənub küləyinin yırğaladığı ağacların arasında
dayanıb vaxtın necə xaincəsinə keçdiyini hiss elədim. Nəhayət, yağış və göz
yaşları arasından o biri yataq otağının da işığının yandığını sezdim.
Sonra baş verənləri dəhşətli yuxu kimi xatırladım. Küləklə çarpışaraq, pəncərə
barmaqlığıyla ikinci mərtəbəyə dırmaşdım. Eyvandan koridora keçib, Mariyanın
yataq otağını axtarıb tapdım: döşəmədəki işıq zolağı otağın yerini dəqiq göstərirdi.
211