Page 210 - "Xəzər"
P. 210
uşdu, ya mənim tabloma düşən açar onda maraq oyatmışdı. Və mən koridorda
vurnuxduğum vaxt o, bayırda, rəqsləri, bayramları, sevincləri, qayğısızlıqları ilə
birlikdə, hamı kimi öz adi həyatını yaşayırdı. Vur-tut hərdən pəncərənin yanından
keçəndə onun sakitcə, kədərlə məni gözlədiyini görürdüm (niyə məni, niyə sakitcə
və kədərlə?); ancaq elə olurdu ki, vaxtında görünmürdü, ya diri-diri basdırılan
adamı, ümumiyyətlə, unudurdu və mən üzümü şüşə divara söykəyib, onun uzaqda
qayğısızcasına necə rəqs elədiyini, güldüyünü görürdüm, ya daha pis, heç
görmürdüm və onun hardasa ən əlçatmaz, ağlagəlməz yerdə olduğunu təsəvvür
eləyirdim. Və onda məhkum olunduğum tənhalığın əvvəl düşündüyümdən də
dəhşətli olduğunu hiss eləyirdim.

XXXVII

Dəniz və tunellərin intəhasız vaxtı keçib-gedəndə Xanter və Mariya ön qapıdakı
pilləkənlə aşağı düşdülər. Onları qol-qola gedən görüb ürəyimin bir parça buza
döndüyünü hiss elədim.

Heç hara tələsməyən adamlar kimi yavaş-yavaş gedirdilər. “Hara tələsəsidilər
ki?” – acı-acı düşündüm. Axı Mariya bilirdi ki, bu gün ona ehtiyacım var, bu
axşam ondan ötrü darıxacam, əbəs yerə gözlədiyim hər dəqiqə əzab çəkəcəyəm.
Bilirdi ki, o, sakitlikdən ləzzət aldığı həmin an mən şübhələr və xəyallar
cəhənnəmində yanıb qovrulacam. Belə zərif qadın necə də daşürəkli ola bilərmiş!
O, tufanqabağı qaralan göyləri seyr eləyib, bu adamın (bu miskinin!) qoluna
girərək parkda gəzir, otun üstündə onunla yanaşı oturub, güllərin ətrini sinəsinə
çəkir, özü də bilir ki, həmin dəqiqə mənim gözlərim əbəs yerə onu axtaracaq,
evlərinə zəng vuracam, malikanəyə getdiyini öyrənib, ac soxulcanlar sürüsü
ürəyimə daraşıbmış kimi, şübhələr içində səhranın ortasında məhv olacam.

Mariya isə bu zavallıyla söhbət eləyirdi! Bu murdar adamla nə barədə danışmaq
olardı? Hansı dildə?

210
   205   206   207   208   209   210   211   212   213   214   215