Page 207 - "Xəzər"
P. 207
anellini xatırladım.
Artıq qapının ağzında sonuncu işi görməyi qərara aldım. Mətbəxdən iri bıçağı
götürüb emalatxanaya qayıtdım. Xuan Pablo Kastelin əvvəlki rəssamlığından nə
qədər az şey qalıb! Məni memarla müqayisə edən gicbəsərlər indi ləzzət ala
bilərlər! Guya insan bu dərəcədə dəyişmək qüdrətindədir! Bu giclərdən hansı
güman edərdi ki, bu mükəmməl konstruksiyanın və “çox ağıllı” nələrinsə altında
indicə püskürəcək vulkan yatır? Heç kim. İndi onların dağılan sütunlardan,
sındırılan heykəllərdən, tüstülənən xarabalıqdan ləzzət almağa vaxtları olacaq.
Onların hamısı burda, daşlaşmış Kabuslar panteonunda, “Ümidsizlik və Xəcalət
muzeyi”ndə idi. Ancaq bircə şeyi izsiz-soraqsız məhv eləmək istəyirdim. Son dəfə
tabloya göz gəzdirdim. Əlim-qolum uyuşdu. Ancaq tərəddüd eləmədən göz yaşları
arasından sahilin, onunla bir yerdə uzaqda dayanıb həsrətlə gözləyən qadının tikə-
tikə olduğunu gördüm. Tablonun qalıqlarını çirkli cındıra dönənə qədər
ayaqlarımla tapdaladım. Bu sadəlövh həsrət eləcə də cavabsız qalacaq. Onun
mənasız olduğunu indi daha aydın başa düşdüm!
Manellinin evinə cumdum, ancaq onu tapmadım: onun “Viau” kitab dükanında
ola biləcəyini dedilər. Tez oraya cumdum. Onu tapıb bir kənara çəkdim, dedim,
mənə sənin maşının lazımdı. O təəccüblənib nə baş verdiyini soruşdu. Əvvəlcədən
heç nə düşünməmişdim, ancaq yalan danışa bildim: atam ağır xəstədi, səhərə qədər
isə qatar olmayacaq. Manelli təklif etdi ki, özü aparsın, ancaq mən tək getmək
istədiyimi deyib, təklifi rədd elədim. O, yenə heyrətlə mənə baxıb açarı verdi.
XXXV
Axşam saat altı idi. Hesablamama görə, Manellinin maşını ilə dörd saata
malikanəyə çata bilərdim. “Yaxşı vaxtdı”, – fikirləşdim.
207