Page 206 - "Xəzər"
P. 206
x qorxudurdu. Bu qorxu yalnız başqa çarəsi olmayan adamlara xas itaətkarlıq
doğurdu. Nəhayət, mənə elə gələndə ki, hələ heç nə itirilməyib və bu oyanma
anından yeni həyata başlamaq mümkündür – sevincimin həddi-hüdudu olmadı.
Əfsus, Mariya yenə öz vədinə xilaf çıxdı. Altının yarısında narahat və hirsli
vəziyyətdə ona zəng elədim. Onun gözlənilmədən malikanəyə qayıtdığını dedilər.
Nə etdiyimi bilmədən ev qulluqçusunun üstünə qışqırdım:
– Axı biz şərtləşmişdik ki, saat beşdə görüşək!
– Mən heç nə bilmirəm, senyor, – karıxmış halda cavab verdi. – Senyora bir az
olar maşınla getdi, dedi ki, ən azı bir həftə malikanədə qalacaq.
Ən azı bir həftə! Hər şey qurtardı, hər şey boş və mənasızdı. Kafedən yuxulu
kimi çıxdım. Ətrafımda gördüklərim mənə mənasız gəlirdi: fənərlər, ora-bura
vurnuxan adamlar... guya bunlardan nəsə bir fayda vardı. Mənim yalvarışlarıma
baxmayıb o getdi, məhz bu gün, ona bu qədər ehtiyacım olduğu vaxt! Axı ondan
nəsə xahiş etmək indi heç vaxt olmadığı qədər mənimçün çətin idi! Ancaq incik
halda fikirləşdim: məni Rekoletaya gedən yolda sakitləşdirmək əvəzinə Xanterin
yatağını seçdi. Buna şübhə ola bilməzdi. Nəhayət, bir şeyi də anladım. Daha
doğrusu, bunun ola biləcəyini hiss elədim. Emalatxanaya tərəf bir neçə tini də
qaçıb, yenə Alyendenin evinə zəng vurdum. Maraqlandım ki, senyora
getməmişdən əvvəl malikanədən kiminləsə danışıbmı?
– Bəli, – qulluqçu bir az duruxaraq cavab verdi.
– Cənab Xanterlə, eləmi?
Qulluqçu cavabı yenə ləngidirdi. Mən hər iki pauzanı sezdim.
– Bəli, – qulluqçu, nəhayət, dilləndi.
İblisanə bir gülüş içimi doldurdu. Hər şey düşündüyüm kimiydi! Dəhşətli
tənhalıq hissinə məmnunluq da əlavə olundu: səhv etmədiyimə görə qürur
duyurdum.
206