Page 205 - "Xəzər"
P. 205
Çox şey qazanacağıq, – cavab verdim, – çox şey.
– Əminsən? – qəmli halda soruşdu.
– Əlbəttə.
– Mənə isə elə gəlir, yenə bir-birimizə əməlli-başlı əziyyət verəcəyik, bizi hələ
bağlayan nə varsa, bir az da uçuracağıq, bir-birimizə yenə ağır yaralar vuracağıq…
Yalnız sən xahiş etdiyinçün gəlmişəm, ancaq malikanədə qalmalıydım: Xanter
xəstələnib.
“Daha bir yalan”, – fikirləşdim.
– Sağ ol, – soyuq tərzdə dedim. – Demək, düz saat beşdə görüşürük.
Mariya ancaq dərindən nəfəs aldı.

XXXIV

Saat beşə yaxın artıq qəbiristanlıqda, həmişə görüşdüyümüz skamyada
oturmuşdum. Bu ağaclar, cığır, skamya – bizim sevgimizin şahidləri – onsuz da
xəstə olan təxəyyülümü lap oynatdı. Burda və Fransa meydanında keçən, indi çox-
çox uzaq görünən anları qüssəylə xatırladım. Hər şey o qədər gözəl, o qədər
valehediciydi ki... İndi isə kədərli, bir yerdə donub qalmış biganə dünyada öz
mənasını itirmişdi. Ancaq hansısa an bizim sevgimizdən qalan az-çox nə varsa,
onu da məhv eləmək qorxusu məni fikirləşməyə məcbur etdi. Mənə əzab verən
bütün şübhələri atmaq olmazmı? Bizim münasibətlərdən kənarda Mariyanın necə
olduğu nəyimə lazım? Tanış ağacları, skamyanı görəndə başa düşdüm ki, onun
yaxınlığını, heç olmasa, əsrarəngiz sevgimizin bizə bəxş elədiyi o nadir qovuşma
anlarını itirməyə heç vaxt cəsarət eləyə bilmərəm. Hər şeyi götür-qoy eləyib, qəti
bu fikrə gəldim ki, sevgini heç bir şərt qoymadan necə varsa, eləcə də qəbul
eləmək lazımdı və tək qalacağım, tamamilə tək qalacağım fikri get-gedə məni daha

205
   200   201   202   203   204   205   206   207   208   209   210