Page 179 - "Xəzər"
P. 179
irləşdim. Bu oğlan nəyə görəsə özünü sadə və səmimi göstərmək istəyirdi. O,
günəş saatından, ya hansısa günəş mexanizmindən danışanda fikirləşirdim ki,
Mariya yuxarıdakı otaqların birində olmalıdı. Xanter mənim diqqətlə baxdığımı
sezib dedi:

– Burda bir neçə yataq otağı var. Ümumiyyətlə, ev kifayət qədər məzəli tikilsə
də, xeyli rahatdı.

Xanterin memar olduğunu xatırladım. Maraqlıdı, hansı tikililəri o, məzəli
saymırdı?

– Bu, babamın otağıydı, indi mən qalıram, – pilləkənlə üzbəüz orta otağı göstərib
dedi.

Sonra Xanter başqa qapını açdı.
– Bu da sizin otaq, – dedi.
Məni aşağıda çay süfrəsində gözlədiklərini də əlavə edib otaqdan çıxdı. Xanter
gedəndən sonra ürəyim döyündü: Mariya lap yaxınlıqdakı otaqların birində ola
bilərdi. Mən tərəddüd içində yataq otağının ortasında dayanmışdım. Birdən ağlıma
bir fikir gəldi: bu otağı qonşu otaqdan ayıran divara yaxınlaşıb (Xanterin otağını
yox), yavaşca döydüm. Cavab gəlmədi. Koridora çıxıb, ətrafda heç kimin
olmadığına əmin olandan sonra həmin otağın qapısına yaxınlaşıb, həyəcan içində
qapını döymək üçün əlimi uzatdım. Ancaq cürətim çatmadı və tələsik öz otağıma
qayıtdım. Sonra bağa düşmək qərarına gəldim. Əməlli-başlı çaşıb qalmışdım.

XXV

Hə, biz artıq süfrə arxasında oturanda sümükləri çıxmış xanım soruşdu ki, mən
hansı rəssamları sevirəm. Fikirli halda bir neçə ad çəkdim: Van Qoq, El Qreko. O,
istehza ilə mənə baxdı:

179
   174   175   176   177   178   179   180   181   182   183   184