Page 175 - "Xəzər"
P. 175
rbazın hirslənib mənim başıma daha dəhşətli bir şey gətirəcəyindən qorxub,
sakit danışmaq istəsəm də, ağzımdan anlaşılmaz səslər çıxdı. Bu yerdə tamam
gözlənilməz bir şey baş verdi: dediyim hər söz civiltiyə, cikkiltiyə çevrilirdi, ancaq
bu insan civiltisi çox qəribə və kədərliydi. Ən qəribəsi də o idi ki, mənim nəhəng
quşa çevrildiyimi sezmədikləri kimi, dostlarım bunu da sezmirdilər; əksinə, onlar
üçün mənim səsimdə qeyri-adi heç nə yox idi və dediklərim onlara normal
görünürdü, çünki bir dəfə də öz heyrətlərini bildirmədilər. Mən dəhşət içində
susdum. Onda ev sahibi mənə baxdı – gözləri pis-pis parıldayırdı və əlbəttə, bu
parıltını yalnız mən sezdim. Və anladım: mənim quşa çevrildiyimi heç vaxt heç
kim bilməyəcək. Mən biryolluq ölmüşəm və bu sirri özümlə qəbrə aparacağam.
XXIII
Gəlin əvvəlki söhbətimizə qayıdaq. Dediyim kimi, otağın ortasında soyuq tər
içində oyandım.
Saata baxdım: səhər saat on idi. Durub zəng vurmağa getdim. Mənə dedilər ki,
Mariya malikanəyə gedib. Bu, məni tamam sarsıtdı. Sonra nə eləyəcəyimi
kəsdirmədən bir xeyli uzanıqlı qaldım. Nəhayət, ona məktub yazmaq qərarına
gəldim.
Bu çox uzun məktubda nə yazdığım dəqiq yadımda deyil: özümü lənətləyib,
ondan üzr istəyirdim, ona layiq olmadığımı və tək-tənha ölməyə məhkum
edilməyimin ədalətli olduğunu deyirdim.
Günlər işgəncə içində uzanıb gedirdi, ancaq məktuba cavab yox idi. Mən ikinci
məktubu yazdım, onun arxasınca üçüncünü, dördüncünü yazdım. Onlar bir-birini
təkrarlayırdı. Növbəti məktubda ümidsizlik daha çox hiss olunurdu. Ayrıldığımız
gecədən sonra başıma gələnləri, hətta intihar etmək istədiyimi belə gizlətmədən, ən
iyrənc təfərrüata qədər hər şeyi, nəhayət, yazmaq qərarına gəldim. Belə üsula əl
175