Page 177 - "Xəzər"
P. 177
iz maşına tərəf getdik.

– Mariya xanım özünü pis hiss eləyir, – o dedi.

– Özünü pis hiss eləyir! – istehza ilə pıçıldadım.

Bu bicliklər mənə necə də tanışdı! Yenə Buenos-Ayresə qayıtmaq istədim, ancaq
indi qatarı gözləməkdən əlavə, gərək yenə sürücüyə Kastel olmadığımı, ya əgər
Kasteləmsə, tamamilə normal adam olduğumu sübut eləyəydim. Tezcə hər şeyi
ölçüb-biçib qərara gəldim: hər ikisində də sürücünü inandırmaq asan olmayacaqdı.
Təslim olub, məni malikanəyə aparmasına imkan verdim. Geri qayıtsam nə
olacaqdı ki? Həmişəki əhvalat təkrarlanacaqdı – hirsimi Mariyanın üstünə tökə
bilmədiyimdən daha da artan hikkəmlə onsuz son dərəcə əzab çəkəcəyəm, işləyə
bilməyəcəyəm, bütün bunların hamısı da Mariyanın uydurulmuş xəstəliyi
ucbatından. Ona görə “uydurulmuş” deyirəm ki, bunun doğru olub-olmadığını
sonra da öyrənə bilmədim.

Xanter nə iləsə Alyendeni xatırladırdı (məncə, onların əmioğlu olduğunu
demişəm); o da uzun, qarabuğdayı, arıq idi, ancaq onun gözləri oyur-oyur
oynayırdı. “Bu adam iradəsiz riyakardır”, – deyə düşündüm. Bu cür rəy o məqam
üçün təsəlliverici idi...

O, məni istehzalı bir nəzakətlə qarşıladı və siqaret çəkən iriağızlı arıq qadına
təqdim elədi. Acıqlı sifəti olan bu qadın Paris ləhcəsində danışırdı, gözləri uzağı
görmürdü, adının Mimi Alyende olduğunu dedi.

İlahi, Mariyanın ətrafındakı bu adamlar kimdi? Bəlkə, doğrudan da, özünü pis
hiss eləyir? O qədər kədərliydim ki, bu iki adamın yanımda olduğunu, demək olar,
hiss eləmirdim. Ancaq birdən öz vəziyyətimi xatırlayıb, üzünün ifadəsini
öyrənmək üçün cəld Xanterə tərəf çevrildim. Belə adamlarla qarşılaşanda bu cür
üsul gözəl nəticələr verir.

Xanter istehzalı baxışlarla diqqətlə mənə baxırdı, ancaq dərhal üzünün ifadəsini
dəyişməyə çalışdı.

177
   172   173   174   175   176   177   178   179   180   181   182