Page 174 - "Xəzər"
P. 174
lməlidi. Bir xeyli key kimi dayanandan sonra qərara gəldim, prospektə düşüb
qarşıma çıxan ilk kafeyə girim və belə tezdən nə üçün zəng vurduğumu necə izah
edəcəyimi düşünmədən zəng vurum. Beş dəqiqə sonra o mənə cavab verəndə, heç
nə demədən, qorxmuş halda tələsik dəstəyi asdım. Kafedən çıxıb hara gəldi
getdim. Bir də gördüm yenə kafedəyəm. Başqa müştərilərdən fərqlənməmək üçün
spirtli içki istədim və içə-içə başa düşdüm ki, evə qayıtmaq lazımdı.
Evə gəlib çıxana qədər hələ bir xeyli vaxt keçdi. Soyunmadan çarpayıya atılıb
yuxuya getdim.
XXII
Heç cür qışqıra bilmədiyimə görə yuxudan ayıldım və gördüm ki, emalatxananın
ortasında dayanmışam. Bax belə bir yuxu görmüşdüm: dostlarla yığışıb bir nəfərə
qonaq getməliydik. İlk olaraq mən gəldim; kənardan ev başqa evlərdən seçilmirdi.
Ancaq içəridən evin heç də adi olmadığı, başqalarından necəsə fərqləndiyi dərhal
nəzərə çarpırdı. Ev sahibi dedi:
– Mən sizi gözləyirdim.
Bu, tələ idi. Bütün gücümü toplayıb qaçmaq istədim, ancaq artıq gec idi –
bədənim mənə qulaq asmırdı. Fikirləşdim: olacaqla barışıb özümü elə aparım, guya
bütün bunlar başqasının başına gəlir. Ev sahibi yavaş-yavaş məni quşa – adam
boyda quşa çevirdi. İlk əvvəl ayaqlarımdan başladı: onların tədricən xoruz
ayaqlarına çevrildiyini gördüm. Sonra bütün bədənim santimetr-santimetr
dəyişməyə başladı. Ümidim nə üçünsə hələ də gəlib çıxmayan dostlarıma qalmışdı.
Dostlar gəlib çıxanda isə məndəki dəhşətli dəyişikliyi sezmədiklərinə
heyrətləndim. Onlar həmişəki kimi danışırdılar, deməli, onlar üçün əvvəlki
adamıydım. Məni həmişəki adam kimi görmələri üçün sehrbazın onları qəsdən
tilsimlədiyini anlayıb, başıma gələnləri onlara danışmaq qərarına gəldim.
174