Page 182 - "Xəzər"
P. 182
ectveslər1. (xəffiyələr – fr.) isə hər şeydən: Minqa dövrünün incəsənətindən,
qrafologiyadan, Eynşteyn nəzəriyyəsindən, beysboldan, arxeologiyadan,
falçılıqdan, siyasi iqtisaddan, dovşanların Hindistanda yetişdirilməsi
statistikasından baş çıxarırlar. Həm də elə alicənabdılar ki, heyran olursan. Düz
demirəm? – yenə mənə müraciət elədi.
Sualı gözlənilməz olduğundan nə cavab verəcəyimi bilmədim.
– Elədi, – başımdan eləmək üçün dedim.
Xanter yenə istehza ilə mənə baxdı.
– Sənin detektivi sevmədiyini Jorjiyə deyəcəm, – ciddi baxışlarla Xanteri süzərək
əlavə etdi.
– Heç də yox, mən vur-tut onların bir-birinə oxşadığını dedim.
– Onsuz da Jorjiyə deyəcəm. Xoşbəxtlikdən, hamı sənin kimi pedant deyil. Misal
üçün, cənab Kastel detektivi sevir, doğrudu?
– Mən? – qorxmuş halda soruşdum.
– Əlbəttə, – Mimi mənim cavabımı gözləmədən yenə Xanterə sarı çevrilib
sözünə davam elədi, – hamı səni kimi savant77 olsaydı, həyat dözülməz olardı.
Əminəm ki, sənin detektivlər barədə bir yığın nəzəriyyən var.
– Şübhəsiz, – Xanter gülümsədi.
– Mən axı deyirdim, – Mimi şahid göstərirmiş kimi yenə mənə müraciət edib
acıqlı tərzdə dedi. – Bu tipi mən yaxşı tanıyıram. Özünü göstərməyinə heç nə mane
olmur. Yəqin, öz fikirlərini bölüşmək üçün ürəyin gedir.
Xanter, doğrudan da, ondan xahiş olunmasını gözləmədi.
– Mənim nəzəriyyəm, – o, sözə başladı, – bunlardan ibarətdir: iyirminci əsrin
detektiv romanı bizim zamanda Servantes dövrünün cəngavərlik romanının
77 Савадлы (фр.)
182