Page 184 - "Xəzər"
P. 184
uktiv, deduktiv, təhlil, sintez və digər metodlardan istifadə edərək bu nəticəyə
gəlir ki, hansı gündə, hansı saatda filan yerdə dördüncü qətl hadisəsi olmalıdı.
Sonuncu qurbanın özü olacağı məlumdu. Təyin olunmuş gündə, saatda, onun
hesablamasına görə, dördüncü qətlin baş verəcəyi yerə yollanır və qatilin peyda
olacağını gözləyir. Ancaq o gəlmir. Qəhrəman hər şeyi yaxşımı düşündüyünü bir
də yoxlayır. Bəlkə, yeri düzgün tapmayıb – yox, qəti surətdə dəqiqdi. Yoxsa vaxtı
düzgün hesablamayıb – yox, səhv istisna olunur. Bircə dəhşətli variant qalır: qatil
artıq burdadır. Başqa sözlə desək, qatil onun özüdür, hər üç cinayət isə şüursuz
vəziyyətdə onun tərəfindən törədilib. Yəni detektiv və cinayətkar – eyni şəxsdi.

– Bu, mənimçün çox anlaşılmaz oldu, – Mimi səsini uzada-uzada dedi. – Bəs
romanın necə qurtarır? Axı dördüncü qətl də olmalıdı?

– Nəticə aydındı, – Xanter ağır-ağır dedi, – bu zavallı özünü öldürür. Qalır nəyə
görə: ya vicdan əzabından, ya da cinayətkar “mən”, adi qurban kimi, detektiv
“mən”i öldürür. Hə, necədi?

– Maraqlıdı. Ancaq beləcə danışmaq bir şeydi, roman yazmaq tamam başqa şey.

– Əlbəttə, – Xanter sakitcə razılaşdı.

Sonra Mimi Mar del Platada tanış olduğu hansısa falçıdan və görücü qadından
danışmağa başladı. Xanterin buna etinasız yanaşması Mimini özündən çıxardı:

– Şübhən olmasın, bu, kifayət qədər ciddidi. Onun əri mühəndis fakültəsinin
professorudu.

Onlar telepatiya barədə mübahisə eləməyə başladılar, mən isə Mariya hələ də
gözə görünmədiyinə görə iztirab çəkirdim. Bir neçə dəqiqədən sonra yenə onların
söhbətinə qulaq asanda artıq kəndlilərin vəziyyətindən danışırdılar.

– Məsələ ondadı ki, – Mimi müştüyü dirijor çubuğu kimi yellədə-yellədə deyirdi,
– adamlar daha işləmək istəmirlər.

Söhbətin axırında qəfil ağlıma gələn fikir qüssəmi dağıtdı: Mariya qəsdən aşağı
düşmür ki, onu bezdirən qeybətdən canını qurtarsın. İndi xatırlayıram ki, belə

184
   179   180   181   182   183   184   185   186   187   188   189