Page 178 - "Xəzər"
P. 178
Mariya özünü pis hiss elədiyindən uzanıb, – o dedi. – Yəqin, tezliklə aşağı
düşər.

Mən ürəyimdə onu söydüm. Bu adamlarla həmişə sayıq olmalısan; bundan
başqa, mən ciddi surətdə onların düşüncə tərzini, zarafatlarını, reaksiyalarını,
hisslərini öyrənməyə hazırlaşmışdım. Mariyanı yaxşı başa düşmək üçün bütün
bunlar mənə lazım olacaqdı. Beləliklə, mən baxmağa və qulaq asmağa
hazırlaşmışdım, həm də çalışırdım, ovqatım yaxşı olsun. Özümü inandırırdım ki,
Xanterin və bu üçlük taxtanın ikiüzlü hərəkətləri xoşuma gəlir. Ancaq yenə də
kefim açılmırdı.

– Deməli, siz rəssamsınız, – uzağı görməyən qadın səhrada küləkdən qorunurmuş
kimi gözlərini qıyıb dedi. Yaxşı görmək istəyindən üz-gözünü belə əyişdirməsi
(guya eynək onu eybəcər göstərəcəkdi) ona daha sırtıq, daha riyakar görkəm verdi.

– Bəli, senyora, – acıqla cavab verdim. Onun senyorita olduğuna əmin idim.

– Kastel çox gözəl rəssamdı, – Xanter dedi.

Sonra mənim işlərimlə bağlı bir yığın axmaq fikir səsləndi: tənqidçilərin hər
sərgimdən sonra istifadə etdikləri formulları işlədərək onları təriflədi – “əsaslı
surətdə” və sairə. Nə gizlədim, bu ümumi yerləri təkrar edərək, o öz yumor hissini
büruzə verdi. Miminin qıyılmış gözlərinin yenə mənə dikildiyini və haqqımda nə
deyəcəyini təsəvvürünə gətirib büzüşdüyünü sezdim. Hər halda, mən onu heç
tanımırdım.

– Hansı rəssamlar sizin xoşunuza gəlir? – Mimi imtahan götürürmüş kimi
soruşdu.

Yox, indi yadıma düşür ki, bu sualı biz aşağı düşəndən sonra verdi. Əvvəlcə
məni bağdakı çay süfrəsinin arxasında oturmuş qadına təqdim elədi. Xanter məni
qalacağım otağa apardı. Yuxarı qalxanda (ev ikimərtəbəli idi) o dedi ki, bina bir az
yenidən qurulmaqla əvvəlki görkəmini saxlayıb və babasının öz ulu babasının
köhnə evinin bünövrəsində tikdiyi ev kimi qalıb. “Bunun mənə nə dəxli?” – deyə

178
   173   174   175   176   177   178   179   180   181   182   183